Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Birliyi ölkələrinin bu gün Rusiyaya qarşı yeni 20-ci sanksiyalar paketini qəbul etməsi ehtimalı azdır.
Tezadlar.az bildirir ki, bu barədə “Reuters” agentliyi AB Xarici Siyasət Rəhbəri Kaja Kallasa istinadən xəbər verir.
“Təklif olunan tədbirlərlə bağlı 23 fevralda keçiriləcək AB xarici işlər nazirlərinin görüşündə konsensus əldə edilməyəcək. Macarıstanın davamlı müqaviməti bunu aydınlaşdırdı”, – Kallas görüşdən əvvəl jurnalistlərə bildirib.
Rusiyaya qarşı yeni sanksiyalar
Maraqlıdır ki, əvvəlki iş günü, 20 fevralda AB Xarici Siyasət Rəhbəri Kaja Kallas Rusiyaya qarşı yeni sanksiyalar paketinin 23 fevralda qəbul edilə biləcəyini irəli sürmüşdü. O, məhdudiyyətlərin işlədiyini və Rusiyanın iqtisadiyyatının ciddi təzyiq altında olduğunu qeyd etmişdi.
Moskvaya qarşı yeni sanksiyalar paketi enerji sektoruna, maliyyə xidmətlərinə və ticarətə yönəlib. Qəbul edilərsə, Kremlin neft və qaz ixracından əldə etdiyi gəlirlərin daha da əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.
Lakin, ötən həftənin əvvəlində yeni sanksiyalar paketinin Aİ üzv dövlətləri arasında kəskin fikir ayrılığına səbəb olduğu məlum olub. Putin tərəfdarı Macarıstanın Baş naziri Viktor Orbanla yanaşı, İtaliya, İspaniya, Yunanıstan və Malta da narahatlıqlarını dilə gətiriblər.
E.ŞİRİNOV