Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qərbin Ukraynaya sülhməramlı qüvvələr göndərmək ideyası, həmçinin Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya dəymiş ziyanın ödənilməsi ilə bağlı təkliflər Avropa və Rusiya arasında niyə müharibəyə səbəb olmalıdır??? Tezadlar.az xatırladır ki, Macarıstanın Baş naziri Viktor Orban Seqed şəhərində hakim “FİDES – Macar Vətəndaş İttifaqı” Partiyasının fəalları ilə görüşdə maraqlı mövqe nümayiş etdirib. Orban Rusiyanın müdafiəsinə qalxıb: Sitat: “Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Bəs onlar Rusiya ordusunun atəşinə tuş gəlsələr və cavab atəşi açsalar, nə olacaq? Bu, müharibə adlanır”.
O hesab edir ki, bir sıra Aİ ölkələrinin liderlərinin riskli çağırışlarına son dərəcə ciddi yanaşmaq lazımdır. “Biz müharibə həddindəyik”, – Orban vurğulayıb. Baş nazir Avropa Komissiyasının dondurulmuş aktivlərdən istifadə təklifini, həmçinin Rusiyanın Ukraynaya vurduğu ziyana görə reparasiya ödəməsi ideyasını da eyni dərəcədə təhlükəli adlandırıb. Baş nazir qeyd edib ki, müharibə bitdikdən sonra pul mühüm rol oynayır. Sitat: “Siz qarşı tərəfə deyə bilərsiniz ki, o müharibəni uduzub və uduzan tərəf reparasiya ödəməlidir. Birinci və İkinci Dünya müharibələrindən sonra məhz belə olmuşdu. Amma bunu müharibə zamanı edə bilməzsiniz, çünki bu, sizin də müharibəyə qoşulduğunuz anlamına gəlir. O halda isə sadəcə zaman məsələsi olacaq ki, sizin əsgərləriniz də döyüşməyə başlasın”.