Əsas məzmuna keç

Almaniyada təlim zamanı polislə hərbçilər arasında atışma olub

Almaniyada polis Bavariyada təlimlər keçirən hərbçilərə atəş açıb, nəticədə bir əsgər yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.

Bildirilib ki, hərbçilər Münhen ətrafında təxminən 500 əsgərin iştirakı ilə təlimlər keçirir, lakin görünür, nə yerli sakinlərə, nə də polisə təlim barədə məlumat verilməyib.

Əllərində silah gəzdirən maskalı şəxsləri görən sakinlər təşvişə düşüb və polisə müraciət ediblər.

Hüquq-mühafizə orqanları gələndə əsgərlər bunun təlimin bir hissəsi olduğunu düşünərək onlara odlu silahlardan atəş açıblar. Lakin polis onların hücuma məruz qaldıqlarına inanıb və həqiqi güllə atmağa başlayıb.

Hadisə nəticəsində bir əsgər yaralanaraq xəstəxanaya aparılıb.

Səlahiyyətlilər araşdırmaya başlayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…