Almaniyanın ən qədim meyxanalarından biri olan “Schaumburger Hof” 270 illik fəaliyyətindən sonra iflas edib.
Tezadlar.az bildirir ki, bu barədə “Bild” xəbər verir.
Meyxananın tarixi 1755-ci ildə, bir şərabçı Reyn çayının sahilində tövlələri olan bir mehmanxana açanda başlayıb və bu meyxana tez bir zamanda tacirlər və səyahətçilər arasında populyarlaşıb.
Zaman keçdikcə “Schaumburger Hof” bir kult əlamətinə çevrilib: Fridrix Nitsşe, Aleksandr fon Humboldt və Heinrich Heine oraya tez-tez baş çəkirdilər və 1948-ci ildə Parlament Şurası ölkə konstitusiyasını hazırlamaq üçün onun divarları daxilində toplanıb.
2000-ci illərdə müəssisə dirçəliş mərhələsinə qədəm qoyub, lakin pandemiya, artan minimum əmək haqqı və artan enerji xərcləri maliyyə çöküşünə səbəb olub. Yanvar ayında Bonn şəhərində məhkəmə iflas proseduruna başlayıb.
E.ŞİRİNOV







