Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın keçmiş kansleri Helmut Şmidt və həyat yoldaşı Lokinin məzarı naməlum şəxslər tərəfindən təhqir edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Yoldan keçən bir şəxs məzar daşında dörd svastika aşkar edib. Mərhumların adları, doğum tarixləri və ölüm tarixlərinin üzərinə çəhrayı və narıncı rənglərdə nasist simvolları çəkilib.
Hamburq polisi məzarı kimin təhqir edə biləcəyindən xəbərsiz olduğunu və cinayətkarın motivlərini başa düşmədiyini etiraf edib. Almaniya Federal Təhlükəsizlik Xidməti araşdırma aparır.
Qeyd edəkki, bu, Şmidtin məzarı ilə bağlı ilk hadisə deyil. 22 dekabr 2023-cü ildə daş üzərində eyni rəngdə svastikalar da çəkilib. Rəsmlər kanslerin ad günü ərəfəsində çəkilib.
Helmut Şmidt 1974-cü ildən 1982-ci ilə qədər Almaniyaya rəhbərlik edib. Bundan əvvəl o, iqtisadiyyat, maliyyə və müdafiə naziri vəzifəsində çalışıb.
E.ŞİRİNOV