18 Oktyabr 2025 / 20:18

Altı Ukrayna PUA-sı Rusiya bölgələri üzərində vurulub

Rusiya hava hücumundan müdafiə vasitələri Belqorod, Bryansk və Kursk vilayətləri üzərində altı Ukrayna PUA-sını məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il oktyabrın 18-də, Moskva vaxtı ilə saat 14:00-dan 18:00-a qədər hava hücumundan müdafiə vasitələri ilə Ukraynaya məxsus altı sabit qanadlı pilotsuz uçuş aparatı məhv edilib: dördü Belqorod vilayəti, biri Kursk vilayəti və biri Bryansk vilayəti üzərində”, – nazirlik bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!