Əsas məzmuna keç

Andrey Yermakın Ukraynanı tərk etməsinə yasaq gəldi

Ukraynanın Dövlət Sərhəd Xidmətinə Prezident Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermakın ölkə ərazisindən çıxışına qadağa qoyulması barədə məktub daxil olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko teleqram kanalında yazıb.

“Sərhəd-keçid məntəqələri Andrey Yermakın Ukraynadan çıxışına qadağa qoyulması barədə məktub alıblar”, – deyə deputat qeyd edib.

Başqa detallar açıqlanmır.

Xatırladaq ki, noyabrın 28-də Andrey Yermak Ukrayna Prezidentinin Ofisi rəhbəri vəzifəsindən istefa verib. Ondan bir neçə saat əvvəl isə Milli Antikorrupsiya Bürosu və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun müstəntiqləri onun evində axtarış aparıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…