26 Dekabr 2025 / 10:14

Avropa Makronun Putin haqqındakı açıqlamalarından narahatdır

Avropa siyasi elitası Fransa prezidenti Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etmək istəyindən narahatdır.

Tezadlar.az bildirir ki, bu barədə “Al Khaleej” məlumat verib.

Qeyd olunur ki, Fransa lideri öz mövqeyini bir çox ölkənin artıq Moskva ilə danışıqlar apardığını əsas gətirərək müdafiə edib. Lakin nəşr yazır ki, Avropa siyasətçilərinin bir çox şübhələri və sualları var.

“Onlar onun dediklərini Fransanın müstəsnalığının təzahürü və Makronun ümumiyyətlə qəbul edilmiş tendensiyalara zidd olan bir addımı kimi qiymətləndiriblər, xüsusən də məsələni avropalı tərəfdaşları ilə müzakirə etmədiyini nəzərə alsaq”, – məqalədə deyilir.

Bundan əlavə, “Al Khaleej” qeyd edib ki, bir çox analitik Fransa liderinin gözlənilməz fikir dəyişikliyindən təəccüblənib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!