İsveçrə hökuməti Ukraynadan olan qaçqınların ölkədə xüsusi qoruyucu statusa malik olan qaçqınların vətənlərinə gediş-gəlişini məhdudlaşdırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Miqrasiya üzrə Dövlət Katibliyi (SEM) məlumat yayıb.
Oktyabrın 22-dən etibarən İsveçrədə sığınacaq almış digər ölkələrin vətəndaşları yalnız müstəsna hallarda xaricə gedə biləcəklər. Bu, təkcə onların gəldiyi ölkəyə deyil, istənilən başqa ölkəyə də aiddir.
Lakin bu dəyişiklik S xüsusi qoruyucu statuslu ukraynalılara tam təsir göstərmir. Onların Ukraynada qalma müddəti hər altı ayda 15 günlə məhdudlaşdırılacaq. Əvvəllər Ukrayna vətəndaşlarına hər rübdə 15 gün öz ölkələrində qalmalarına icazə verilirdi.
E.ŞİRİNOV

