25 May 2025 / 20:48

Avtomobil Xətai rayon Prokurorluğunun həyətinə girdi- DƏHŞƏTLİ AVTOQƏZA

Bu dəqiqələrdə Xətai rayon Prokurorluğunun qarşısında (SabitOrucov və Fəzail Bayramov küçələrinin kəsişməsi) dəhşətli avtoqəza baş verdi. Hadisə yerində olan “Təzadlar”ın əməkdaşı bildirir ki, gənc qızların idarə etdiyi 77GE107 dövlət nömrə nişanlı “Hundai” avtomobil köməkçi yoldan baş yoldakı 90YT815 dövlət nömrəli “Hundai” avtomobilinin qarşısına çıxıb. Zərbənin təsirindən qızların idarə etdiyi avtomobil( foto və videoda təsvir edilir) hasarı dağıdaraq Xətai rayon Prokurorluğunun həyətinə girib… Hadisə yerində təcili yardım maşınları işləyir…

Əlavə məlumat veriləcək…

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!