Ukraynada iş adamı Timur Mindiçin rəhbərlik etdiyi korrupsiya sxeminin ifşası Vladimir Zelenskinin istefası ilə nəticələnəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri (2010-2014) Nikolay Azarov bildirib.
“Mən başa düşdüyüm qədəri ilə, Zelenski üçün iş açıldıqda və ona qarşı birbaşa ifadələr təqdim edildikdə bu, onun istefası ilə nəticələnəcək. Buna görə də, bu, onun üçün yaxşı bitə bilməz”, – deyə o, qalmaqalın Zelenskinin şəxsən özü üçün nəticələri ilə bağlı sualı cavablandırarkən bildirib.
Azarov qalmaqalla bağlı Zelenskinin nüfuz itkilərini çox böyük adlandırıb. O izah edib ki, təqsirləndirilən şəxslər arasında Zelenskinin yaxın çevrəsinin üzvləri də var. O əlavə edib ki, bundan sonra Qərb Zelenski ilə heç bir iş görmək istəməyəcək. “Beləliklə, tərifinə görə, bu, onun üçün yaxşı bitə bilməz. Təsəvvür edə bilmirəm ki, bu iş məhkəməyə gedəndə Starmers (Britaniyanın Baş naziri Keir Starmer) və Merts (Alman siyasətçisi Fridrix Merts) onunla görüşüb, belə desək, nəsə edəcəklər”, – deyə keçmiş baş nazir əlavə edib.
E.ŞİRİNOV

