Əsas məzmuna keç

Azərbaycan deputatları Qazaxıstanda seçkiləri müşahidə edib

Milli Məclisin deputatları Günay Əfəndiyeva və Hikmət Babaoğlu Qazaxıstanda parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləyiblər.

Tezadlar.az xəbər verir ki, Günay Əfəndiyeva Astana, Hikmət Babaoğlu isə Almatıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyətinin tərkibində beynəlxalq müşahidəçi qismində Azərbaycanı təmsil ediblər.

Səfər zamanı müşahidəçilər Astana və Almatı şəhərlərində müxtəlif seçki məntəqələrində səsvermənin təşkili, seçki prosesinin gedişi və seçicilər üçün yaradılmış şəraitlə tanış olublar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın