Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Gömrük Komitəsinin və Birləşmiş Ərəb Əmirliklərinin gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görüş kinoloji sahədə qabaqcıl təcrübələrin öyrənilməsi və mübadiləsi məqsədilə təşkil olunub.
Görüşdə hər iki ölkənin gömrük xidmətlərinin mütəxəssisləri kinoloji xidmət itlərinin yetişdirilməsi, təlim prosesi, bu sahədə onlayn müşahidə sistemləri və digər innovasiyaların tətbiqi və digər mövzularda təqdimatlar nümayiş etdirib, fikir mübadiləsi aparıblar.