Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 29 milyon ABŞ dolları dəyərində 1 266 ədəd avtomobil ixrac edib. Tezadlar.az xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 27 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Təkcə fevral ayında Gürcüstan Azərbaycana 16,6 milyon ABŞ dolları dəyərində 680 ədəd avtomobil satıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 15 % və 25 % azdır. Hesabat dövründə Gürcüstan xarici ölkələrə 285 milyon ABŞ dolları dəyərində 12 238 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 9 % çox və 1,1 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 149 milyon ABŞ dolları dəyərində 5 020 ədəd, Qazaxıstana 84 milyon ABŞ dolları dəyərində 4 912 ədəd, Ermənistana 9,81 milyon ABŞ dolları dəyərində 390 ədəd, Tacikistana 5,4 milyon ABŞ dolları dəyərində 227 ədəd avtomobil tədarük edilib. Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.
17 Aprel
- 18:11
- 17:13
- 17:04
- 16:30
- 16:12
- 15:35
- 15:21
- 14:55
- 14:51
- 14:34
- 13:46
- 13:43
- 13:33
- 13:01
- 12:36
- 12:10
- 11:55
- 11:37
- 11:20
- 11:20