Balakəndə 19 yaşlı qız körpüdən yıxılıb.
Tezadlar.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Balakən şəhərinin girişindən keçən Balakən çayı üzərindəki körpüdə baş verib.
Rayonun Talalar kəndində yaşayan Humay Yadigar qızı Xəlilova körpüdən çaya düşüb.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.







