Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2026 / 09:23

Bank soyğunu: Çox sayda insan girov götürülüb

Təhlükəsizlik qüvvələri ilə Cənubi Kaliforniyanın Beykersfild şəhərindəki bank filialını bomba ilə hədələyərək içəridə çox sayda insanı girov saxlayan şübhəli arasında danışıqlar aparılır.

Beykersfild Polis Departamentinin açıqlamasında bildirilir ki, çərşənbə axşamı yerli vaxtla təxminən saat 13:00-da bomba təhlükəsi ilə əlaqədar olaraq şəhər mərkəzindəki Chase Bank filialına zabitlər göndərilib.

Tezadlar.az xəbər verir ki, banka çatdıqdan sonra polis binanın içərisində “çox sayda vətəndaş”la birlikdə kilidlənmiş bir kişi tapıb.

Beykersfild Polis Çavuşu Erik Seledon bildirib ki, girovlardan biri danışıqlar nəticəsində azad edilib və qalan girovların vəziyyəti yaxşıdır.

Seledon deyib: “Bu hadisəni mümkün olan ən təhlükəsiz şəkildə həll etmək üçün bütün resurslarımızı və imkanlarımızı səfərbər etmişik”.

Ətrafdakı bina sakinləri təxliyə edilib

Hadisədən sonra hakimiyyət orqanları təhlükəsizlik perimetrini genişləndirərək, bankın yaxınlığındakı bələdiyyə binası və polis bölməsi də daxil olmaqla ətrafdakı binaları təxliyə edib və bəzi yolları müvəqqəti olaraq nəqliyyat üçün bağlayıb.

Əraziyə çoxsaylı polis maşınları, eləcə də taktiki müdaxilə maşınları, təcili tibbi yardım qrupları və FTX agentləri yerləşdirilib.

Polis şöbəsinin böhran danışıqları qrupu şübhəli ilə telefon vasitəsilə əlaqə saxlamağa davam edir. Təhlükəsizlik qüvvələri vəziyyətin hələ də aktiv təhlükə yaratdığını vurğulayıb və ictimaiyyəti ərazidən uzaq durmağa çağırıb.

Hadisə yerində təcili çadırlar qurulub

Ərazidə canlı yayımçı olan Ceykob Devidson abunəçilərindən bomba təhlükəsi mesajları aldıqdan sonra hadisə yerinə getdiyini bildirib və deyib: “Polisin bankın dayanacağına, sonra isə içəri girdiyini gördüm. Bu, bu şəhərdə indiyə qədər gördüyüm ən ağır polis yerləşdirməsidir. Komanda mərkəzini və təxminən bir blok aralıda yaşıl, qırmızı, sarı və qara rəngli təcili yardım çadırlarının qurulduğunu izləyirəm”.

Təhlükəsizlik qüvvələrinin bu çadırları təcili vəziyyətlərdə xəsarətlərin şiddətini tez bir zamanda təsnif etmək üçün ehtiyat tədbiri olaraq qurduqları bildirilir.

Beykersfild meri Karen Qoh da vəziyyəti yaxından izlədiyini bildirib və əlavə edib: “İctimaiyyətin hazırda verə biləcəyi ən böyük kömək ərazidən uzaq durmaq, hüquq-mühafizə orqanlarına, danışıq aparanlara və təlim keçmiş mütəxəssislərə vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirmək üçün yer və fürsət verməkdir.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!