Fransa hakimiyyəti Rusiya diplomatlarını ölkədən “sıxışdırmaq” siyasəti yürüdür.
Tezadlar.az xəbər verir ki, bu barədə Marseldəki Rusiyanın baş konsulu Stanislav Oranski bildirib.
“Hazırda ən böyük problem yeni işçilər üçün viza və akkreditasiyadır. Vəziyyət sadəcə olaraq işçilərin bu və ya digər ailə səbəbi ilə Rusiyaya qayıtmasına doğru gedir və onların yerinə gələnlər gələ bilmir”, – deyə diplomat “RİA Novosti” agentliyinə bildirib.
Oranskinin sözlərinə görə, o, bu yay missiyasını başa vurmalı idi, lakin onun yerinə gələn şəxs səkkiz aydır ki, viza ala bilmir.
“Və nə qədər gözləməli olduğumuz məlum deyil”, – deyə baş konsul əlavə edib.
Bir gün əvvəl Fransa Xarici İşlər Nazirliyi Rusiyaya təzyiqi artırmaq və müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyi gücləndirməyə davam etmək niyyətində olduğunu açıqlayıb.
E.ŞİRİNOV

