Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni danışıqlar mərhələsinin keçirilməsi ölkənin vasitəçi roluna beynəlxalq inamı əks etdirir.
Tezadlar.az xəbər verir ki, BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan sosial media platformasında belə bir nəticəyə gəlib.
“Əlahəzrətləri vurğulayıb ki, bu mərhələnin BƏƏ-də keçirilməsi ölkənin dialoqu dəstəkləməkdə və böhranlara diplomatik həll yollarını təşviq etməkdə roluna beynəlxalq inamı təcəssüm etdirən vacib bir addımdır”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukrayna məsələsinin hərtərəfli və davamlı həllinə nail olmaq zərurəti ilə razıdır. Amerika nümayəndə heyətinin iştirakı ilə Rusiya-Ukrayna danışıqları 4 və 5 fevral tarixlərində Əbu-Dabidə baş tutub.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukrayna münaqişəsinə son qoymaq üçün səylə çalışdığını açıqlayıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff öz növbəsində Rusiya və Ukrayna ilə danışıqların nəticələrini ümumiləşdirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən üçtərəfli görüşlər konstruktiv olub və davamlı sülh üçün şərait yaratmağa yönəlib.
E.ŞİRİNOV







