Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağacların kəsilməsi nəticəsində yaşıllıqlara 39 min manatdan çox ziyan vurulub.
Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı ağacların kəsilməsi nəticəsində təbiətə 39 240 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Eyni zamanda, Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət ekoloji rəyi olmadan söküntü işlərinin aparılmasına görə torpaq sahəsinin mülkiyyətçisi Yusif Xudaverdiyev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Həmçinin götürülmüş ağacların yerində yeni tinglərin əkilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə, ərazidə layihələndirmə işləri aparılacağı təqdirdə ərazinin yaşıllıq sahəsi kimi nəzərə alınması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib.