Əsas məzmuna keç

Biləsuvarda əkin sahəsində şəxsi ildırım vurub

Biləsuvarda əkin sahəsində olan şəxsi ildırım vurub.

Tezadlar.az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Xırmandalı kəndi ərazisində 44 yaşlı Ramin Bəşirov həmkəndliləri ilə birgə örüşdən mal-qaranı evə ötürən zaman yağışa düşüblər. Bu zaman ildırım onu vurub.

Bundan əlavə, ildırım kənddə Nazim Adıgözəlovun evinə düşərək zərər yetirib.

İldırım vurması nəticəsində xəsarət alan Ramin Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda həkim nəzarətindədir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…