“Biz gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayışla fəxr edirik”

Oxunma sayı: 31

Gürcüstanın baş naziri ölkəsində tarixən yaşayan Azərbaycanlılar haqqında tarixi çıxış edib: “Bizi, xristianları və müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış və dostluqla fəxr edirik. Bu, həqiqətən də qürurverici münasibət və dostluqdur”. Tezadlar.az  xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze Marneulidə Novruz bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. Baş nazir tədbirə toplaşanları Novruz bayramı münasibətilə təbrik edib: “Sizi bu gün münasibətilə təbrik etmək istərdim. Şadam və fəxr edirəm ki, bu il bu günü sizinlə qeyd edirəm. Novruz bayramı yeniləşmə, xeyirxahlıq bayramıdır. Biz, xristianları və müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayışla qürur duyuruq. Bu, həqiqətən də qürurverici bir münasibətdir və bu bizim gözəl gələcəyimizdir. Bu, bizim övladlarımıza və gələcək nəsillərimizə ötürməli olduğumuz ümumi tariximizdir. Bir daha Novruz Bayramı münasibəti ilə təbrik edir, hamınıza, ailələrinizə ən xoş arzularımı yetirir, sülh və firavanlıq arzulayıram”, – deyə İ. Kobaxidze qeyd edib.

Bu çıxış gerçəkdən tarixidir və iki ölkə xalqları arasındakı münasibətlərin dəyərinə bir qiymətdir!

A.Məmmədli

Xəbəri paylaş