BAKIDA RESTORANDA YANĞIN OLUB

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 200 m² olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.

ƏN BÖYÜK AYSBERQ SÜRƏTLƏ HƏRƏKƏTDƏDİR

Təxminən 30 il əvvəl Antarktida buzlaqlarından qopmuş dünyanın ən böyük aysberqi (A23a) son vaxtlar axınla aktiv şəkildə hərəkət etməyə başlayıb və hazırda ayda təxminən 150 kilometr sürətlə hərəkət edir.

ŞUŞALI QƏHRƏMAN İSRAFİL İBRAHİMOV HAQQINDA SƏNƏDLİ FİLM ÇƏKİLİR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyi “Şuşalı qəhrəman İsrafil  İbrahimov: “Yalnız irəli – 4” sənədli film çəkilişi və neo-təbliğat” adlı üçaylıq layihəsinin həyata keçirməyə başlayıb. 1 iyul – 30 sentyabr tarixində icra ediləcək kreativ layihə haqqında İB-nin rəhbəri Tahirə Məmmədova media nümayəndələri üçün geniş […]

ERMƏNİSTAN ABŞ ORDUSU İLƏ HƏRBİ ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİB

Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini admiral Kristofer Qredi və ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braunla hərbi əməkdaşlığı müzakirə edib.

BRAZİLİYA UKRAYNAYA SİLAH TƏDARÜKÜNÜ PİSLƏYİR

Braziliya BMT Təhlükəsizlik Şurasının mandatı olmadan sanksiyaların tətbiqinə qarşıdır, həmçinin Ukraynadakı münaqişənin hər iki tərəfinə silah tədarükünün qəbuledilməzliyi ilə bağlı mövqeyini saxlayır.

ÇİMƏRLİKDƏ NAMƏLUM OBYEKT TAPILIB

Avstraliya səlahiyyətliləri qərb sahilində okean tərəfindən yuyulan obyektin insanlar üçün təhlükəli hesab edildiyi halda onu müəyyən etməyə çalışır.

MEDVEDEV: CONSON PSİXİ XƏSTƏXANAYA GETMƏLİDİR

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu psixi xəstəxanaya getməyə dəvət edib. Belə reaksiyaya səbəb sonuncunun Ukraynanı “şərtsiz” NATO-ya qəbul etmək tələbləri olub.

TWİTTER REKLAM GƏLİRLƏRİNİ BU İSTİFADƏÇİLƏRLƏ BÖLÜŞƏCƏK

Twitter populyar bloqçulara sosial şəbəkənin yazılarına şərh yazan istifadəçilərə göstərdiyi reklam gəlirinin bir hissəsini ödəməyə başladı. “TechCrunch” qeyd edir ki, Twitter Blue-a abunə olan və son üç ay ərzində hər ay beş milyondan çox tvit baxışı toplayan bloggerlər pul qazana bilərlər.

SALYANDA MONTYORU “TOK” VURDU

Salyan rayonunun Seyidlər kəndi ərazisində montyor, 1975-ci il təvəllüdlü Elnur Kazımov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

ÖTƏN SUTKA ƏRZİNDƏ 1-İ AZYAŞLI OLMAQLA 10 NƏFƏR XİLAS OLUNUB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 56 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

“QOPMUŞ AYAĞIMI GÖTÜRÜB, DÖYÜŞ YOLDAŞIMA SARI SÜRÜNDÜM…” – QAZİ İLKİN RÜSTƏMLİ

Füzuli rayonu Horadiz şəhərində qəhrəman qazilərimiz Şöhlət Musazadə və İlkin Rüstəmli və onların valdeyinləri ilə yenidən görüşüb qayğılarını dinlədik. Hər iki qazimizin müalicəsi davam edir. Qaizlərimizin mənzil təminatı ilə bağlı işlər intensiv şəkildə davam etdirilir. Qəhrəman qazimiz İlkin Rüstəmli yaxınlarda ailə həyatı quracaq. Allah xoşbəxt etsin.

44 DEPUTAT SAAKAŞVİLİYƏ GÖRƏ CİDDİ NARAHATDIR

Avropa parlamentinin deputatı sabiq prezident Mixeil Saakaşvilinin müalicə edilməsi ilə bağlı Aİ ölkələrindən hər hansı birinə köçürülməsi üçün Gürcüstan prezidentinə, baş nazirə və ölkə parlamentinin sədrinə müraciət ünvanlayıblar.

EMİN HÜSEYNOV QARABAĞDA GÖRÜLƏN İŞLƏRDƏN DANIŞIB

“Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir.

TERRORÇU PKK-NIN DAHA BİR QANADI QIRILDI…

Türkiye Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilən terrorçunun separatçı terror təşkilatı PKK-nın sözdə xüsusi güc hüceyrəsi Qəndildən məsul Edip Temiz olduğu müəyyən edilib.

BAYDEN ƏRDOĞANA 11-13 MİLYARD DOLLAR VƏD EDİB

Tanınmış amerikalı araşdırmaçı jurnalist Seymur Herş bildirib ki, ABŞ prezidenti Co Bayden İsveçin NATO üzvlüyünün ratifikasiyası müqabilində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Beynəlxalq Valyuta Fondundan (BVF) böyük kredit vəd edib.

“ƏKSƏR QURUMLARIN YANINDA YARADILAN ŞURALAR TAM AKTİV DEYİL”

Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Gədəbəy rayonunda baş vermiş hadisə ilə bağlı bildirdi ki, məsələ ilə əlaqədar “həm mənə, həm ictimaiyyətə məlumat verilməlidi”.

13 İYUL ÜÇÜN ULDUZ FALI

Ümumiyyətlə, gün sakit keçəcək Astroloqlar 13 iyul 2023-cü il üçün bütün bürclər üçün proqnoz veriblər. Bu gündə sizi nə gözlədiyini öyrənin. Qoç Diqqətinizi bir şeyə yönəltməlisiniz. Bir anda bir neçə işi götürsəniz, heç nəyi bitirməmək riski daşıyırsınız. Ehtiyatlı ol. Buğa Bu gün gələcəyinizə təsir edəcək yeni məlumatlar öyrənməlisiniz. Xoşbəxtlikdən bunun müsbət təsiri olacaq. Dünya görüşünüzü […]

ELM VƏ TƏHSİL NAZİRLİYİNDƏ QANUNSUZ ƏMƏL

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Aslan Kənan “Təzadlar”a göndərdiyi və elm və təhsil naziri Emin Əmrullayevə ünvanlı müraciətində hər kəsi düşündürən bir vacib məsələyə toxunub.

SERTİFİKASİYA TƏHSİLİN PAXIRINI AÇDI…

Orta məktəb müəllimləri sertifikasiya imtahanlarına cəlb edildikdən sonra bir çox təhsil verən bu imtahandan üzüağ çıxmadı desək, daha doğru olar: zəif nəticə nəticə göstərən kim, sıfır bal toplayan kim…

SIPA GETDİ…

ramiz-mohsun

Ramiz MÖVSÜM “Qonaq “spagetti” deyib durmuşdu” Səfalı kəndinin yeməkxanasında yerli müştərilərlə bərabər, bir nəfər xarici turist də əyləşmişdi.O,mətbəxdə bişən milli xörəklərə bələd olmadığından, nə sifariş edəcəyini bilmirdi. Hər dəfə ofisiant sifariş qəbul etmək üçün əcnəbi qonağa yaxınlaşanda, o “no,no… “ deyib əliylə nəsə qandırmaq istəyirdi. Məmiqulu bufetçi ilə üzbəsurət dayanıb söhbət edirdi, oğlu İbiş isə […]

QURANA EDİLƏN HÜCUMLAR BMT-DƏ DƏ PİSLƏNİB

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında Qurani-Kərimə edilən hücumları müzakirə etmək üçün keçirilən fövqəladə xüsusi sessiyada bəzi Avropa İttifaqına (Aİ) üzv ölkələrlə ABŞ və İngiltərə Qurana edilən hücumları pisləməyi rədd edib.

NOVXANIDAKI “MY BEACH” RESTORANININ “QULAQ KƏSMƏ”SİNDƏN ŞİKAYƏT ARTIB: XİDMƏT HAQQI 100 MANATDAN ÇOX…

Bir çox restoranlarda, istirahət mərkəzlərində xidmət haqqının, menyudakı qiymətlərin bahalığı heç kəsə sirr deyil. Bəzən isə müştəriyə menyu belə təqdim edilmir. Müştəri yeməkdən sonra hesabı istədikdə isə gözləri kəlləsinə çıxır və yediyi yemək də, istirahət də burnundan gəlir… Belə şikayətlərdən, narazılıqlardan biri də tanınmış müğənni Niyam Salamiyə (Niyaməddin Səfərov) məxsus olan istirahət mərkəzindəki restorandandır…

AZƏRBAYCANLILARIN QIŞ NAĞILI – BAYKAL-AMUR MAGİSTRALI

Biz həqiqətən sənət ruhlu xalqıq. Janrından,növündən asılı olmayaraq, yaşadığımız hər hadisəni şeirləşdirə, nəğmələşdirə, bədiiləşdirə bilirik. Ötən əsrin 70-80-ci illər mətbuatını araşdırarkən Baykal-Amur Magistralına (BAM) aid o dövrün qəzetlərində, kitablarında nə qədər şeirlə qarşılaşdım. Uzunluğu 4300 kilometr olan Rusiyanın Şərqi Sibirdən və Uzaq Şərqdən Sakit okeanına çıxan dəmir yol magistralı – Baykal -Amur Magistralının tikintisi Azərbaycanda […]

HƏFTƏBECƏR

Üçü birində bəstəkar, müğənni, şairə və  hər üçündən də ala yarımçıq olan (dad yarımçıq əlindən) Elza Seyidcahanın AYB-ə üzv olması  respublikada, sanki zəlzələ effekti yaradıb. Beş-üç nəfərdən başqa əhalinin və sənət adamlarının hamısı Elzanın bu quruma layiq olmadığını bildirdiyi halda, şair Baba Vəziroğlu görün necə açıqlama verir: “Elza Seyidcahanın şeirlərinə bəziləri qəzəblənir, əksəriyyəti gülür. Olsun […]

HƏRBİ QULLUQÇUMUZ YARALANIB

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.