Rusiyanın tərəfində döyüşən 500-dən çox əcnəbi Ukraynada həlak olub

ABŞ və Şri-Lanka da daxil olmaqla 28 ölkədən 500-dən çox əcnəbi artıq Ukraynaya qarşı müharibədə Rusiya uğrunda həlak olub. Tezadlar.az bildirir ki, bu barədə BBC rus xidməti və “Mediazona”nın iyulun 11-də dərc olunmuş birgə hesabatında deyilir. “Bunlar yalnız müqavilə imzalanan zaman Rusiya vətəndaşlığı olmayan və açıq mənbələrə – hökumət hesabatlarına, qohumlarının sosial şəbəkələrdəki nəşrlərinə və ya məzarların fotoşəkillərinə […]
Mingəçevir Dövlət Universitetinin prorektoru Veysəl Əyyubov vəzifədən azad edildi

Mingəçevir Dövlət Universitetinin (MDU) prorektoru vəzifədən azad olunub. Tezadlar.az xəbər verir ki, uzun illərdir MDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışan Veysəl Əyyubov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki yeni təyinat olmayıb.
Fransa prokurorları İlon Maskın “X” platformasına qarşı cinayət işi açdı

Fransa prokurorları milyarder İlon Maska məxsus olan “X” şirkətinə qarşı cinayət işi açıb. Tezadlar.az xəbər verir ki, buna səbəb sosial şəbəkə platformasının alqoritmlərinin dəyişdirilərək xarici müdaxilələr üçün açıq vəziyyətə gətirilməsidir. Fransa mətbuatına əsasən, hazırda hüquq-mühafizə orqanları ölkədə X istifadəçilərinə məxsus məxfi məlumatların yad qüvvələr tərəfindən əldə edilib-edilmədiyini araşdırır. Qeyd edək ki, cari ilin yanvar ayında […]
Dyökeres “Arsenal”a görə sevgilisindən ayrıldı

“Sportinq”in futbolçusu Viktor Dyökeres sevgilisi İnes Aguiardan ayrılaraq “Arsenal”a keçib və bütün diqqətini İngiltərə klubuna yönəldib. İsveçli hücumçu artıq Portuqaliya ilə heç bir əlaqəsinin qalmasını istəmir. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, Portuqaliyanın “Sportinq” klubunda çıxış edən isveçli hücumçu Viktor Dyökereslə uzun müddətdir ki, İngiltərə Premyer Liqa təmsilçisi “Arsenal”la maraqlanırdı. İsveçli “Arsenal”a keçmək üçün sürpriz […]
Əbu-Dabidə Əliyev-Paşinyan görüşü: Vasitəçilərsiz dialoq Cənubi Qafqaza yeni nəfəs verdi

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş regionun gələcəyi üçün mühüm bir mərhələ oldu. Bunu Tezadlar.az-a açıqlamasında politoloq Azər Qarayev deyib. “Bu görüşün ən fərqli cəhəti onun vasitəçilərsiz, yəni tamamilə iki ölkə rəhbərinin iradəsinə əsaslanan formatda keçirilməsi idi. Beləliklə, danışıqlarda hər hansı […]
Odessada günəş vannası fonunda dron hücumu

Odessa sahilində istirahət edən sakinlərdən biri mobil telefonu ilə çəkdiyi görüntülərdə maraqlı, eyni zamanda dramatik mənzərəni əks etdirib. Tezadlar.az xəbər verir ki, videoda qadının Qara dəniz sahilində günəşləndiyi anlar görünür. Elə həmin vaxt Ukraynanın hava hücumundan müdafiə sistemləri işə düşür və şəhərə hücum edən dronlara atəş açılır. Bu kadrlar Ukraynada həyatın necə ziddiyyətli mənzərə yaratdığını […]
Nanə Ağamalıyeva efirdə “rəhmətə gedib” dediyi müğənninin canlı olduğunu öyrənib

Aparıcı Nanə Ağamalıyeva verilişdə başına gələn hadisəni tamaşaçılarla bölüşüb. Tezadlar.az xəbər verir ki, aparıcı proqramında bir dəfə müğənni Xanhüseyn Hüseynovun öldüyünü dediyini bildirib: “Efirdə Xanhüseyn müəllimə rəhmət oxuyurdum. Efirdə deyirəm ki, rəhmətə gedib. Həyatımda yaşadığım şok oldu. Xanhüseyn müəllim efirə qoşulub ki, sağam. Amma efirə çıxmır. Özü də müğənni Coninin (Cahid Hüseynli) əmisidir”.
Bal ayı faciə ilə bitdi

Hondurasda qadını toydan bir həftə sonra ərinin gözü qarşısında ildırım vurub. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciəvi hadisə Omoa bələdiyyəsində baş verib. Tequsiqalpadan olan 23 yaşlı Stefani Lusero Elvir və onun sevgilisi Kristian Samir Alvares Molina iyunun 28-də evlənib və bal ayı üçün Omoaya gediblər. Yeni evlənənlər çimərlikdə vaxt keçirərkən tufan qopub. Molina Elvirin […]
Cennifer Lopez Antalyada mağara dizaynlı lüks məkanda qalacaq

Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək. Tezadlar.az xəbər verir ki, konsert öncəsi rəqqasları ilə intensiv məşqlər edən sənətçi bu dəfə qeyri-adi bir məkanda – mağara dizaynlı 3500 kvadratmetrlik xüsusi otaqda qalacaq. Lüks məkanda 6 geyinmə otağı, sauna, şəxsi kinoteatr, hovuz üstü bar və Lopez üçün xüsusi hazırlanmış tekstil məhsulları yer alır. […]
Uşaq hüquqları və təhlükəsizliyində sosial xidmətlərin rolu müzakirə olunacaq

Layihə çərçivəsində uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu müzakirə olunacaqdır. “Tezadlar.az” xəbər verir ki, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirməkdə sosial mütəxəssislərin […]
Zəhərlənmə riski artıb

Yay mövsümündə sevilən meyvələrdən biri olan qarpızın seçimi qədər onun təhlükəsizliyi də önəmlidir. Mütəxəssislər qarpız alarkən xüsusilə qabığındakı bəzi işarələrə diqqət etməyi tövsiyə edirlər. Tezadlar.az xəbər verir ki, əgər qarpızın qabığında qeyri-adi ləkələr, çatlar, sarımtıl və ya qəhvəyi izlər varsa, bu, meyvənin pestisid və ya kimyəvi gübrələrlə həddindən artıq yetişdirildiyinə işarə ola bilər. Həmçinin, zədələnmiş […]
Həbs edilən Böcekin yerinə Antalya Bələdiyyəsinə yeni sədr müavini seçildi

Həbs edilən Muhittin Böcekin səlahiyyətlərinin dayandırılmasından sonra Antalya Böyükşəhər Bələdiyyə sədrinin müavini seçilib. “Tezadlar.az” xəbər verir ki, bununla da Böcekin səlahiyyətləri CHP üzvü Büşra Özdemirə həvalə edilib. O, gizli səsvermədə etibarlı 75 səsin hamısını toplayaraq sədr müavini seçilib. Xatırladaq ki, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələri ilə bağlı korrupsiyaya […]
İyulda bu 4 bürcü çətin sınaqlar gözləyir

Astroloqlar xəbərdarlıq edir: 2025-ci ilin iyul ayı bürcün 4 əlamətinin nümayəndələri üçün əsl sınaq ola bilər. Tezadlar.az-ın xəbərinə görə, onların həyatında gözlənilməz dönüşlər, daxili böhranlar və gələcəyin asılı olacağı mühüm qərarlar mümkündür. Bu ay taleyin əlamətlərinə kim xüsusilə diqqətli olmalıdır. Qoç Qoç üçün iyul ayı dözümlülük sınağı olacaq. Peşəkar münaqişələr, emosional tükənmə və hər şeyin […]
İqtisadi Şuranın iclası keçirildi

Bu gün İqtisadi Şuranın iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən xəbər verilib. İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il və ortamüddətli dövr üçün dövlət büdcəsi və icmal büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu, gəlirlər üzrə siyasətin əsas istiqamətləri və digər cari məsələlər müzakirə olunub. Gündəlikdə olan büdcə-vergi məsələləri üzrə […]
İranda terrorçulara qarşı əməliyyat: 4 ölü

İranda polis terrorçulara qarşı əməliyyat keçirib, 4 nəfər ölüb. Tezadlar.az xəbər verir ki, əməliyyat Çabahar bölgəsində həyata keçirilib. Terrorçulardan biri zərərsizləşdirilib, digəri isə yaralanıb. Təhlükəsizlik qüvvələrindən isə 3 nəfər əməliyyat zamanı həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Modriç “Real”dan ayrıldı

“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç klublararası dünya çempionatının yarımfinalında PSJ-yə uduzduqdan (0:4) sonra klubu tərk edib. Qeyd olunur ki, futbolçu komanda ilə vidalaşıb və PSJ-nin yarımmüdafiəçisi Vitinyonun adını çəkərək onun yerini kimin tutması ilə bağlı fikirlərini bildirib. “Əgər bir gün “Real”a keçsən, mən xoşbəxt olacam”, – Modriç söyləyib. Bu mövsüm portuqaliyalı PSJ-nin heyətində 58 oyun keçirib, […]
Fermanı tərk etdi, geri qayıtmadı

İndoneziyada dəhşətli hadisə baş verib. Tezadlar.az xəbər verir ki, nəhəng piton fermeri diri-diri udub. Hadisə 61 yaşlı kişinin mal-qarasını yemləmək üçün evdən çıxmasından sonra baş verib. Onun itkin düşdüyü iki gün ərzində heç kim kişidən xəbər ala bilməyib. Yerli sakinlər fermanın yaxınlığında qeyri-adi dərəcədə enli və 4-5 metr uzunluğunda bir piton görüblər. Şübhələnən kəndlilər ilanı […]
Yeməkdən gələn ÖLÜM

Bu gün Azərbaycanda fəaliyyət göstərən məhəllə marketlərdə və bazarlarda toyuq, kolbasa, təbii və təzə süd və süd məhsulları, yumurta kimi bir çox mallar açıq havada satılır. Məhz satıcılar soyuducudan ümumiyyətlə istifadə etmirlər. Bunun səbəbini soruşduqda isə onlar bütün məhsulların təmiz olduğunu və indiyə qədər heç kimin şikayət etmədiyini bildirirlər. Baxmayaraq ki, bu məhsullar birbaşa kənddən […]
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq etdi

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir. DİN-in Mətbuat Xidmətindən “Tezadlar.az”a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır. Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər […]
Bloger Qabil Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, hazırda xaricdə yaşayan bloger Qabil Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib. Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun […]
Goranboyda iynədən şoka düşən qadın ölüb

TƏBİB Goranboyda iynədən şoka düşərək ölən qadınla bağlı məlumat yayıb. Qurumdan Tezadlar.az-a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:30-də Goranboy rayon sakini, 46 yaşlı qadının vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. *** saat 17:03 Goranboyda […]
Lotu Qulinin dostları “qanuni oğru” adını əlindən aldı

Rusiyanın Nijni Novqorod vilayətinin prokurorluğu “qanuni oğru” Zviad Tbilisski ləqəbli Zviad Ozmanyan barəsində olan cinayət işi üzrə ittiham aktını təsdiqləyib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, prokurorluğun verdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 210.1-ci maddəsi – “Cinayət iyerarxiyasında ən yüksək mövqe tutma” maddəsi ilə ittiham olunur. Bu maddəyə əsasən, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə və […]
İsti hava xəbərdarlığı: Günorta çölə çıxmayın!

İyulun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda isti diskomfort temperatur şəraiti gözlənilir. Bu da əksər əhali üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Tramçın xüsusi elçisi Kiyevə gedir

ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi elçisi Kit Kelloq iyulun 14-də Kiyevə səfər edəcək. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə K.Kelloq “Novosti Live” portalına bildirib. Sitat: “Biz iyulun 14-də Kiyevdə olacağıq. Orada bütün həftə boyu qalacağıq”. Xatırladaq ki, Tramp Ukraynaya silah göndərilməsinə şəxsən razılıq verib.
“Son 5 ildə Azərbaycandakı media islahatlarının əsas məqsədi informasiya mühitinin qorunmasıdır”

Son 5 ilə yaxın dövr ərzində həyata keçirilən media islahatlarının əsas məqsədi Azərbaycanın informasiya mühitinin qorunması, jurnalistikanın potensialının gücləndirilməsidir. Tezadlar.az xatırladır ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA və “Azerconnect Group”un təşkilatçılığı ilə keçirilən “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” adlı forumda çıxışı zamanı deyib. Ə.İsmayılov deyib ki, media islahatlarının töhfələrindən biri […]
Xocalıda körpə övladları ilə ermnilərə girov düşən qadın dəhşətli hadisələri danışdı

Bu gün iyulun 11-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib. Tezadlar.az xəbər verir ki, zərərçəkmiş şəxs Mehriban Bəkirova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraq orada 10 gün […]
Pekin çinlilərin Kiyevdə saxlanmasına belə cavab verib

Pekin Ukrayna hakimiyyətinin raket texnologiyalarını qanunsuz ixrac etmək cəhdində şübhəli bildiyi iki Çin vətəndaşının Kiyevdə saxlanma şəraitini araşdırır. Tezadlar.az TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. “Hazırda Çin araşdırma aparır və vəziyyəti öyrənir”, – diplomat qeyd edib. Mao Nin həmçinin Pekinin həbsdə olan vətəndaşların qanuni hüquq və […]
Kropivnitskidə partlayış baş verib

Ukraynanın mərkəzində yerləşən Kirovoqrad vilayətində yerləşən Kropivnitski (keçmiş Kirovoqrad) şəhərində partlayış baş verib. Tezadlar.az yerli mətbuatına istinadən xəbər verir ki, hazırda Ukraynanın səkkiz regionunda: Dnepropetrovsk, Kiyev, Kirovohrad, Nikolayev, Poltava, Sumı, Xarkov və Çerkassıda hava hücumu xəbərdarlığı qüvvədədir. E.ŞİRİNOV
Hollandiyada qalmaqallı ATO veteranı Maymana sui-qəsd edilib

Mayman hazırda ağır vəziyyətdə xəstəxanadadır Hollandiyada keçmiş qalmaqallı ATO veteranı Mixail Maymana sui-qəsd edilib. Tezadlar.az “Noordhollands Dagblad”a istinadən xəbər verir ki, hadisə cümə axşamı saat 18 radələrində Zaandam şəhərində baş verib. Maymana altı güllə atılıb, onlardan üçü hədəfə dəyib. O, yaralanıb və vəziyyəti ağır olaraq helikopterlə xəstəxanaya aparılıb. Polis küçədə odlu silah və patron aşkar […]
PKK-nın tərksilah prosesi başlayıb- İRAQDA

İraqın Süleymaniyə əyalətində PKK döyüşçülərinin ilk qrupunun tərksilahı prosesi başlayıb və təntənəli mərasimə hazırlıqlar yekunlaşmaq üzrədir. TEZADLAR.AZ bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir. “A Haber” telekanalı da birbaşa yayımda PKK-nın ilk qrupunun tərksilah olunması prosesinin faktiki olaraq başladığını təsdiqləyib və jurnalistlərin mərasimin keçiriləcəyi əraziyə təşkil olunmuş şəkildə aparılmasının mümkün olduğunu bildirib. Məlumata […]
Tramp Kanada üçün tariflər barədə qərar verdi

Vaşinqton avqust ayından etibarən Kanadadan gələn mallara 35 faizlik gömrük rüsumları tətbiq edəcək. Tezadlar.az bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Truth” sosial səhifəsində məlumat verib. Tariflərlə bağlı qərar verən Amerika lideri vurğulayıb ki, qonşu ölkədən istehsalçılar öz istehsallarını ABŞ-a köçürə bilərlər və bundan sonra heç bir tarif olmayacaq. “Əgər nədənsə cavab olaraq […]
Çinin Sian Limanında ilk dəfə ADY-nin nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çinin “Xi’an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb. ADY-nin mətbuat xidmətindən “Təzadlar”a bildirilib ki, nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində imzalanmış sənədə əsasən, ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb. Tərəflər bu sənədlə dəmir yolu nəqliyyatı və tranzit […]
Bakıda möhtəşəm Opera Günləri layihəsi təqdim edildi

İyulun 10-da Bakıda Dənizkənarı Bulvarda Kukla Teatrının arxasındakı geniş tədbirlər meydanında “Opera günləri” layihəsinin bağlanış konserti keçirildi. Tədbirin təşkilatçıları Opera Teatrı və Dənizkənarı Bulvar İdarəsi idi. Xatırladım ki, yeni layihə olan bu tədbir ötən ayın 7-dən başlayaraq əsasən paytaxtın müxtəlif konsert və teatr salonlarında, hətta İncəsənət və ayrıca olaraq Xalça Muzeyində, həmçinin Naxçıvanda müxtəlif operaların […]
Ən çox ABU-nun yetişdirdiyi müəllimlərin savadsızlığı ortaya çıxıb – məzunlarının 44% -i

“Bu universitet bir neçə il əvvəl akkreditasiyasız fəaliyyət göstərdiyinə görə bağlanıb. Amma görünür ki, onun buraxdığı diplomlu, amma savadsız müəllimlər hələ də təhsil sistemimizdə fəaliyyət göstərməkdə davam edirlər.” Təqdim olunan qrafik və statistik cədvəl “Sertifikatlaşdırma 2025” çərçivəsində riyaziyyat müəllimlərinin nəticələrinin təhlilini əks etdirir və ölkənin pedaqoji kadr hazırlığı sahəsində uzun illər yığılıb qalmış sistemli problemləri […]
Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır və…

Rusiya lideri Vladimir Putin, görünür, ABŞ prezidenti Donald Trampın səs-küylü hədələrinə qarşı immunitetlidir və məqsədlərinə çatana qədər Ukraynada müharibəni davam etdirməyi planlaşdırır. “Le Monde”-un redaktoru Silvi Kaufmanın “Financial Times” üçün yazdığı məqalədə qeyd edib ki, Tramp indi uzanan münaqişə perspektivini düşünməyə məcburdur, çünki Putin nəyin bahasına olursa-olsun Ukraynanı özünə tabe etmək kimi son məqsədinə çatmaqda […]
“Elm vəTəhsil Nazirliyi süni intellekt üzrə ciddi bir strategiya reallaşdırmaq istəyir”

Son aylar Elm və Təhsil Nazirliyi süni intellekt sahəsində diqqət cəlb edən ardıcıllıq göstərir. Bir müddət əvvəl nazirliyin təşəbbüsü ilə Azərbaycan dilində və milli təhsil sisteminə uyğunlaşdırılmış ilk böyük dil modeli – belə demək mümkünsə, EduAzGPT ideyası üzərində işlərin başladığı açıqlanmışdı. Bu təşəbbüs çərçivəsində ETN rəsmiləri Dubayda Microsoft-un regional komandası ilə Azərbaycan üçün fərdi öyrənməyə […]
Azərbaycan millisinin Buxarest mərhələsindəki oyunlarının vaxtı açıqlanıb

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb. Tezadlar.az bu barədə Basketbol Federasiyasının mətbuat xidmətinin məlumatına istinadən xəbər verilib. Komanda bu gün iki oyun keçirəcək. İlk qarşılşama Bakı vaxtı ilə saat 13:20-də “Tsukuba”ya (Yaponiya) qarşı olacaq. Komanda növbəti matçını 15:00-da İsveçrə təmsilçisi “Lozanna”ya qarşı keçirəcək. RÖVŞANƏ
Mingəçevirdə Kür çayı üzərindəki dəniz çimərliyi pulsuz edilib- FOTO

Mingəçevir şəhər İcra Hakimiyyəti, Vətəndaşların Şəhər İcra Hakimiyyətinə müraciətlərini nəzərə alaraq Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə 10.07.2025-ci il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 11 saylı Mərkəzi Aran Regional Bölməsinin məsul şəxslərinin iştirakı ilə şəhər çimərliyi və körfəzlərdə reydlər aparılmışdır. […]
BƏXTİYAR SADIQOV, “AZƏRBAYCAN” QƏZETİ VƏ İLHAM ƏLİYEVDƏN DAHA ÇOX RAMİZ MEHDİYEVİN TƏBLİĞATI-TARİXİN DƏRSİ

…Azərbaycanda növbəti deputat seçkisi başa çatıb, amma uzun illər Ramiz Mehdiyevin sayəsində Ağdamdan millət vəkili edilmiş, bu dəfə isə deputat seçkisindən kənar edilən 74 yaşlı Bəxtiyar Sadıqov niyə hələ də parlamentin qəzetinin redaktoru kimi fəaliyyətini davam etdirir?- Bu azmış kimi, Ramiz Mehdiyev haqqında tərifnamə məqalələr “Azərbaycan” qəzetinin rəsmi saytından silinib… Bu necə baş verir??? 03 […]
Abşeron rayonu ərazisində silah-sursat aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub. Tezadlar.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra […]
Odessada hərbi komissarlığa hücum olub

Odessada ərazi çağırış mərkəzinə (ƏÇM) hücum olub. Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün Telegram kanalında yazıb. “Odessada ƏÇM-ə hücum olub, yerli ictimaiyyət bildirir”, – məlumatda deyilir. Zərbələrin pilotsuz uçuş aparatları tərəfindən həyata keçirildiyi bildirilir. Bundan əlavə, “SHOT Telegram” kanalı “Stalkanat” zavodunun ərazisində Odessa ƏÇM-nin yeraltı idarəsinin dağıdıldığını bildirir. Bildirilir ki, hazırda […]
“Respublika” “Xalq qəzeti”nə birləşdi… Bəs “Azərbaycan” qəzetini Bəxtiyar Sadıqovdan necə xilas etməli???

“Təzadlar” hələ on gün əvvəl yazmışdl ki, üç rəsmi hesab edilən qəzetinin təşkilati hüquqi forması dəyişdirilib. Artıq bu gün bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Bundan başqa, […]
Jurnalistin yol nişanının uyğunsuzluğu barədə şikayəti məhkəmə icraatına qəbul edildi

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Yasamal rayonunda Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsindəki yol nişanında aşkar etdiyi uyğunsuzluq və çaşdırıcılıq barədə məhkəmədə iddia qaldırıb. 3(004)-4792/2025 nömrəli iş materialları Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatına verilib. Redaksiyanın elektron poçtuna daxil olan elektron məktubda yazılır:«Siz Bakı Şəhərinin Yasamal Rayon Məhkəməsində 3(004)-4792/2025 nömrəli işdə “Qərardan şikayət verən orqan (şəxs)” qismində qeydiyyata alınmısınız və […]
Əcnəbi səyyahlar indi də Kəlbəcəri gəzir- FOTO

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar. Tezadlar.az xəbər verir ki, qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar. Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib. Qeyd: dünən Beynəlxalq səyyahlar klubu MTP üzvlərinin […]
Ağdamda insan sümükləri olan məzarlıq tapılıb

Ağdam rayonu ərazisində insan skeletinə bənzər sümük fraqmentləri aşkar edilib. Tezadlar.az xatırladır ki, skelet qalıqları rayonun Kəngərli kəndində qazıntı işləri aparılarkən tapılıb. Faktla bağlı araşdırma aparılır. Bu insan cəsədinin mənşəyi dəqiqləşdirilir. Əraziyə mütəxəssislər cəlb edilib. maraqlıdır ki, bu qalıqlar kəndin işğaldan əvvəlki məzarlıq ərazisində deyil.
Ermənilər onlara insanlığa yaraşmayan işgəncələr verib- DƏHŞƏT

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]
Армения и Азербайджан вытесняют Россию с Южного Кавказa-Euronews

Лидеры Армении и Азербайджана встретились в Абу-Даби, чтобы завершить работу над мирным соглашением. Это первая официальная двусторонняя встреча между лидерами Армении и Азербайджана с тех пор, как они согласовали проект текста мирного соглашения после почти четырех десятилетий конфликта. Как сообщает tezadlar.az, oб этом пишет Euronews. «Результаты этой встречи в конечном итоге определят будущее Южного Кавказа […]
Mitio Kakuya oxşamaq istəsə də…

…Böyüyəndə görkəmli fizik, yapon əsilli amerikalı Mitio Kakuya oxşamaq istəyirdi. Böyüdü, fizik olmasa da riyaziyyatçı oldu. Və bu sahədə elmi araşdırmalar apararaq alimlik dərəcəsinə də yiyələndi. Amma günlərin birində nədənsə köhnə istəyindən vaz keçib, jurnalist fəaliyyətinə başladı. İlk vaxtlar yazıları Türkiyənin “Milliyət”, “Zaman” qəzetlərində çap olundu. Bir qədər sonra Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək […]
Ermənistanda Əliyev- Paşinyan götüşünə çox sevinirlər…

Ermənistanda Əliyev- Paşinyan görüşünün detalları qızğın müzakirə mövzusudur. Sosial mediada yazılanlardan belə anlamaq olar ki, sadə ermənilər buna çox sevinir. Siyasilər doğru qənaətdədirlər, keçmiş separatçılar və onlara dəstək vermişlər isə çox məyyusdur. “Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir”,- deyən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat […]
Tramp Ukraynaya daha çox və daha güclü silahlarl verəcək, pulunu isə…

Tramp Ukraynaya veriləcək silahların pulunun ödənilməsindən artıq narahat deyil. “ABŞ-nin NATO-dakı müttəfiqləri, yeni razılaşmalara əsasən, Amerika silahlarının Ukrayna üçün pulunu tam ödəyəcəklər”,- deyən ABŞ Prezidenti “NBC News” telekanalına müsahibəsində həm də bildirib: “Biz NATO-ya silah göndəririk və NATO bu silahlara görə pulu 100 % ödəyir. Biz silahları NATO ölkələrinə göndərəcəyik və sonra alyans bu silahları […]
Tramp Putinə son sözünü deməyə məcbur oldu

Putinin hərəkətlərindən bezən ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, bu barədə ABŞ Prezidenti “BC News” telekanalına müsahibəsində bildirib. Sitat: “Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm…”. Tramp deyəcəklərini hələki sirr saxlayır və o, qarşıdakı bəyanatın məzmunu […]
Bakı Bulvarında açıq havada Opera Günləri- FOTOLAR

Bakı Bulvarında açıq havada Opera Günləri keçirilir… Tezadlar.az xatırladır ki, açıq havada təşkil olunan musiqili layihədə minlərlə tamaşaçı seyrçidir. Drijor Əyyib Quliyevin rəhbərliyi ilə Azərbaycanın tanınmış musiqiçiləri və müğənniləri dünyanın və Azərbaycanın tanınmış kompozitorlarının mahnı- musiqilərini ifa edəcəklər. A.Məmmədli
Peşəkar kadr potensialının formalaşdırılması strateji prioritetlərdəndir

Daxili İşlər Nazirliyində (DİN) bu ilin altı ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında Polis Akademiyasına və Hərbi İnstituta gənclərin təşviqi məsələləri də müzakirə edilib. Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Kollegiya iclasında hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətin təhlükəsizlik tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasının DİN-in strateji prioritetlərindən olduğu […]
DİN: 103 kriminal qrup zərərsizləşdirilib, 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib

İyulun 10-da Daxili İşlər Nazirliyində 2025-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən xəbərə görə, iclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cari ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin peşəkarlıqla […]
ADY və Çin Dəmir Yolları mühüm razılaşmalara imza atıblar – FOTO

Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcəklər.
Azərbaycanlı “Vaqner”çilər belə ələ keçdi-DTX ƏMƏLİYYATI

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində […]
Bəxtiyar Hacıyev “ADY”nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Tezadlar.az xəbər verir ki, bu vəzifəyə şöbənin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev təyin edilib. Təyinatla bağlı xəbəri Bəxtiyar Hacıyev təsdiqləyib. O bildirib ki, yeddi aya yaxın idi ki, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi ona həvalə olunmuşdu. “İyulun 6-da azadlığına qovuşmuş Xankəndi şəhərində […]
Azərbaycanda sürücülər ayda 300 milyon, gündə 10 milyon manat pulu benzinə verir – tıxacların “qələbəsi”…

Cari ilin yanvar-iyun aylarında – 6 ayda Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,834 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Priqojinin əmrlərini yerinə yetirmiş azərbaycanlı “Vaqner”çilər həbs olundular
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri […]
Baş nazir Avropa Parlamentini şantajçı adlandırdı

Bunu da yaşadıq: Azərbaycanın başına gətirilənlər indi də Gürcüstanın taleyinə yazılır… Belə ki, Baş nazir İrakli Kobaxidze Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi son qətnaməyə sərt reaksiya verib. Tezadlar.az xəbər verir ki, o, sənədi “tamamilə utancverici” adlandıraraq, məsuliyyətin təkcə Avropa Parlamentinə deyil, bütövlükdə Avropa İttifaqının bürokrasiyasına aid olduğunu bildirib. Baş nazirin sözlərinə görə, bu artıq […]
Ermənistan ölkə ərazisinin bir hissəsinə nəzarəti ABŞ-a verir

Ermənistan Zəngəzur dəhlizinə nəzarəti Amerika şirkətinə vermək imkanını nəzərdən keçirir. Tezadlar.az “Civic” nəşrinə istinadən xəbər verir ki, bu bəyanatla Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan çıxış edib. “Əgər bu, bəyan etdiyimiz prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər”, – o deyib. Onun sözlərinə görə, dəhliz Ermənistan ərazisində avtomobil və dəmir yolu infrastrukturunun yaradılmasını, Azərbaycanın […]
İlin əvvəlindən 103 kriminal qrup ram edilib və…

Cinayətkarlığa qarşı mübarizədə geriyə yol yoxdur! Elə buna görədir ki, iinl altı ayı ərzində xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 6 ayın yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyilib. Bildirilib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 […]
Qərbi Ukrayna “Şahed”lərin hücumuna məruz qalıb

Bu gün, iyulun 10-da Ukraynanın qərb vilayətlərində Rusiyanın “Şahed” tipli kamikadze dronları qeydə alınıb. Hazırda ölkənin yalnız bu hissəsində hava hücumu təhlükəsi elan edilib. Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, saat 14:55-ə olan məlumata görə, Lvov, Ternopil, İvano-Frankivsk, Çernovtsı və Xmelnitski vilayətlərində təhlükə siqnalı verilib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, […]
KƏPƏNƏKÇİDƏ YANAN MAYAK – SABİR QURBANOV

Gözəl insan, istedadlı pedaqoq, bacarıqlı təşkilatçı, sədaqətli dost, həqiqi ağsaqqal, əsl arif və bütövlük rəmzi haqqında bir neçə söz Beş-altı aydan sonra bizim əyani tanışlığımızın 40 yaşı tamam olur. Böyük müddətdir, necə deyərlər, bir igidin ömrüdür. Geri boylananda yeganə təəssüfləndiyim vaxtın çox sürətlə keçməsidir, sanki dünəndir, düşünəndə yuxu kimi gəlir… O zaman mən Zaqatala rayonu […]
Xarici dil müəllimlərinin sertifikasiya nəticələri şok yaratdı: Cəmi 12%-i…

“Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazana bilib və 1657 nəfərin əmək müqaviləsinə xitam verilib”. Tezadlar.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev məlumat verib. nazir Astarada xarici dil fənninin tədris edən müəllimlərin çoxunun sertifikasiya nəticələrinin daha acınacaqlı olduğunu diqqətə çatdırıb: “Məsələn, xarici dil fənni üzrə Astara […]
“Azərbaycanda GDPR standartlarına uyğun qanun qəbul edə bilsək… ” – mütəxəssis fərdi məlumatların Avropada qorunmasından yazdı

“GDPR-dən sonra Avropada ən səlahiyyətli və külli-ixtiyar sahibi olan dövlət qurumu Fərdi Məlumatların Mühafizəsi Agentlikləridir. Bir neçə gündür ki, Zaqrebdə Avropa məkanında , xüsusilə də Xorvatiyada fərdi məlumatların qorunması (GDPR) təcrübəsilə tanış oluruq. Avropa Şurasının dəstəyilə, dövlət qurumlarımızın nümayəndələrinin də iştirakı ilə reallaşan bu tədbirdə xeyli faydalı təqdimatlar, maraqlı məlumatlar əldə edirik, təcrübə mübadiləsi aparırıq. […]
Qanunda dəyişiklik edildi – Deputat mirasın bölünməsi ilə bağlı məhkəmə işlərinin azalacağını deyib

Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Yeni dəyişikliklər ilə son illər daha çox müşahidə edilən miras ilə bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir. Tezadlar.az xəbər verir ki, bu fikri iqtisadçı deputat Vüqar Bayramov bildirib. “Belə ki, son illər […]
Eyni anda 2000 PUA: Rusiya buna qadirdirmi?

Rusiya iki həftə ərzində bu qədər dronlar toplaya bilər, lakin buraxılışda problemlər ola bilər Hazırda Rusiya ayda təxminən 5500 müxtəlif tipli dron istehsal etmək gücündədir. Üstəlik, bu sayda “Şahed”lər təxminən üçdə ikidir. Düşmənin eyni vaxtda 2000 pilotsuz uçan aparatdan istifadə etməklə Ukraynaya kütləvi zərbə endirə bilib-bilməyəcəyinə aviasiya eksperti Bohdan Dolintse “Teleqraf”a müsahibəsində cavab verib. Tezadlar.az […]
Kiyevə hücum: 2 nəfər ölüb, yaralananların sayı 19-a çatıb

Hücumdan sonra şəhərdə çoxlu tüstü olduğu üçün sakinlərdən pəncərələri açmamaları xahiş olunub Rus “Şahed”lərinin Kiyevə hücumu nəticəsində yerli hakimiyyət orqanlarının son məlumatlarına görə, 16 nəfər yaralanıb. Bundan əlavə, iki nəfərin ölümü ilə bağlı xəbərlər var. Tezadlar.az yerli mətbuata istinadən bildirir ki, paytaxt meri Vitali Kliçkonun verdiyi məlumata görə, 10 zərərçəkən xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində […]
Кремль: Москва приветствует прямой диалог между Ереваном и Баку
“Подписание мирного договора между Арменией и Азербайджаном поможет принести в регион стабильность, Россия поддерживает этот процесс”, заявил пресс-секретарь президента РФ Дмитрий Песков. Коммертируя встречу лидеров Армении и Азербайджана в Абу-Даби, он отметил, что Москва приветствует факт такого прямого диалога. «Мы неоднократно говорили на разных уровнях, что мы будем приветствовать скорейший выход на подписание мирного договора. Именно […]
Meksika El Salvadordan gələn təyyarənin kokainlə tutulmasının təfərrüatlarını açıqlayıb

Meksika hakimiyyəti Kolima ştatında yüngül təyyarənin 428 kiloqram kokainlə tutulması və üç Meksika vətəndaşının saxlanmasının təfərrüatlarını açıqlayıb Meksikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsia Harfuş yüngül təyyarənin kokainlə saxlanılması ilə bağlı yeni təfərrüatları açıqlayıb. Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir. O bildirib ki, 2025-ci il iyulun 3-də təyyarənin marşrutu San Salvadordan 200 […]
İlham Əliyevlə Paşinyan bu razılığa gəldi…

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib. Tezadlar.az xəbər verir ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni […]
Kiyevin Holosiivski rayonunda atışma: UTX zabiti həlak olub

Hadisə yerində istintaq və əməliyyat qrupları işləyir Polis Kiyevin Holosiivski rayonunda kişi cəsədinin tapıldığı atışmanın şəraitini müəyyənləşdirir. Tezadlar.az-ın UNİAN-a istinadən məlumatına görə, Kiyev polisinin Telegram kanalındakı mesajda qeyd edilib ki, zəngə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası olan bir kişinin cəsədini aşkar ediblər. “Hazırda hadisə yerində rayon və Baş Polis Şöbələrinin istintaq-əməliyyat qrupları, cinayət-axtarış əməkdaşları, […]
“Yunus Oğuz – qələmi ilə tarix yazan, sözü ilə vətənə xidmət edən şəxsiyyətdir”

“22 iyul – Azərbaycan ədəbi və media cameəsinin görkəmli siması, yazıçı, publisist və “Olaylar” qəzetinin təsisçisi və baş redaktoru Yunus Oğuzun doğum günüdür. 65 yaşı tamam olur.Bu münasibətlə onu səmimi qəlbdən təbrik edir, sağlam və mənalı ömür, yaradıcılıq uğurları və vətənə xidmət yolunda yeni nailiyyətlər arzulayırıq”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Yunus […]
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş geniştərkibli formatda davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüş fasilədən sonra geniştərkibli formatda davam edir. Tezadlar.az xatırladır ki, bu barədə AzərTAC məlumat yayıb.
Ağdərədə mina partlayışı: bir nəfər ağır xəsarət alıb

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilir ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə […]
Azad Məsiyev: “Silahlar danışanda beynəlxalq qanunlar susur”
Rusiya prezidenti Vladimir Putin əcnəbilərin – yəni vətəndaşlığı olmayan şəxslərin Rusiya ordusunda xidmət etməsinə imkan verən yeni qanunu imzalayıb. Bu qərar Kremlin əsgər çatışmazlığını kompensasiya etmək və klassik səfərbərlikdən yayınmaq niyyətindən xəbər verir. Yeni qanun miqrantların könüllü əsasda, müqavilə ilə orduya cəlb olunmasına şərait yaradır. Artıq 20 minə yaxın belə şəxsin cəbhəyə göndərildiyi bildirilir. “Başda […]
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 18-i saat 10:00-da Zaqatala Rayon Prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax və Balakən rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata […]
Şamaxıda bu mövzuda konfrans keçiriləcək

İyulun 15-16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək. Tezadlar.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin […]
KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib

KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 98% təşkil edir. Tezadlar.az xəbər verir ki, 2025-ci il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 170 minə yaxını “Bakı KOB evi”nin, 54 minə yaxını “Yevlax KOB evi”nin, 34 minə yaxını isə “Xaçmaz KOB evi” və onun Xudat şəhərindəki xidmət mərkəzinin payına […]
Stolüstü tennisçilərimiz Avropa çempionatında iştirak edəcəklər

İyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa çempionatı start götürəcək. Tezadlar.az xəbər verir ki, Azərbaycan millisi mötəbər yarışa 6 idmançı ilə qatılacaq. Söhbət Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən gedir. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında […]
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirləri görüşüb

Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib. Tezadlar.az xəbər verir ki, energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşdə OPEC+ formatı, eləcə də ikitərəfli çərçivədə enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına […]
Nəsimi rayonunda 21 kq narkotik aşkarlandı

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıblar. Onlardan ümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar şəxsiyyətləri […]
Jirayr Liparityan: “Ermənistan Konstitusiyasına dəyişiklik müvəqqəti razılaşma ilə həll oluna bilər”

“Əbu-Dabidə keçiriləcək görüşdə iki ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və digər həll olunmamış məsələlər müzakirə olunacaq”. Tezadlar.az xəbər verir ki, BBC-nin rus xidmətinə müsahibəsində tarixçi Jirayr Liparityan belə deyib. Sitat: “Düşünürəm ki, bütün məsələlər gündəmdə olacaq, bu, bir məsələyə diqqət yetirməkdən daha vacib olan azad müzakirə olacaq”. Liparityanın nöqteyi-nəzərindən Əbu-Dabidəki görüş, ilk növbədə, qeyri-müəyyənlik və […]
“Paşinyan kilsə ilə döyüşə fasilə verib və İlham Əliyevlə görüşə gedib”-NEWS.am

Tezadlar.az xəbəır verir ki, Ermənistan mediası bu görüşə xüsusi önəm verir. Fərqli baxışlar da var… Amma ağıllı başlar məsələyə Ermənistanın gələcəyi prizmasından yanaşır. Beləliklə, bizim üçün Ermənistan mediasının mövqeyi də maraqlıdır. Budur, NEWS.am xəbər verir ki, Nikol Paşinyanla İlham Əliyevin təkbətək görüşü başlayıb. Ermənistan və Azərbaycan nümayəndə heyətləri zalı tərk ediblər. “Ermənistan və Azərbaycan arasında […]
Fərdi məlumatları qoruyan qurum külli-ixtiyar sahibidir

GDPR-dən sonra Avropada ən səlahiyyətli və külli-ixtiyar sahibi olan dövlət qurumu Fərdi Məlumatların Mühafizəsi Agentlikləridir. Bir neçə gündür ki, Zaqrebdə Avropa məkanında , xüsusilə də Xorvatiyada fərdi məlumatların qorunması (GDPR) təcrübəsilə tanış oluruq. Avropa Şurasının dəstəyilə, dövlət qurumlarımızın nümayəndələrinin də iştirakı ilə reallaşan bu tədbirdə xeyli faydalı təqdimatlar, maraqlı məlumatlar əldə edirik, təcrübə mübadiləsi aparırıq. […]
ABŞ Senatı Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin nə vaxt qəbul ediləcəyinə belə cavab verib

Senat çoxluğunun lideri Con Tun ümid edir ki, qanun layihəsi avqusta qədər baxılmaq üçün təqdim oluna bilər Respublikaçı senatorlar ABŞ prezidenti Donald Trampın müttəfiqi Lindsi Qrem tərəfindən irəli sürülən Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin bu ay qəbul olunacağına daha əmindirlər. Belə bir inam Amerika liderinin Rusiya prezidenti Vladimir Putini Ukrayna şəhərlərinin atəşə tutulmasını intensivləşdirdiyinə […]
Украине нужен новый “План Маршалла”

Спецпредставитель президента США Дональда Трампа Кит Келлог заявил, что международные партнеры должны помочь Украине в восстановлении, введя для нее свой “План Маршалла”. Как сообщает tezadlar.az, Келлог подчеркнул важность восстановления Украины. Он вспомнил, как после окончания Второй мировой войны США ввели “План Маршалла” для Европы. Прямая речь Келлога: “И я думаю, мы должны сделать то же […]
Vəkil Ayazbəy Əhmədovun Bakı Apellyasiya Məhkəməsi sədrindən çarəsiz şikayəti

Vəkil yazlr: “Öncəki postumu oxuyan BAM hakimlərindən biri mənə zəng etdi və xeyli danışdıq. Anonimliyini qorumağımı xahiş etdi. Deyir: “Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov hakimlərə qayda qoyub: qərar verməzdən öncə müşavirə otağından zəng edib nəticəni onun özündən soruşmaq lazımdır. Məsləhət etmək yox, soruşmaq. O nə desə, həmin qərar verilməlidir. Xüsusilə cinayət kollegiyasında hakimlərin bütün […]
Ağdərədə minaya düşənin ayağı baldırdan kəsiləcək- ERMƏNİ VANDALİZMİ

Ötən gün Ağdərədə minaya düşən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə “Təzadlar”a TƏBİB-dən bildirilib. Məlumatda deyilir ki, ilkin tibbi yardım göstərilən zərərçəkmiş daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. […]
Yekaterinburqda həbs olunan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilmədi

İyunun 27-də Yekaterinburqda Rusiya FTX- nin azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ayaz Səfərovbarəsində çıxarılan həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Rusiyanın E1.ru saytının yazdığına görə, Sverdlovsk vilayət məhkəməsi A. Səfərovun apellyasiya şikayətini təmin etməyib və məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Beləliklə, Ayaz Səfərov həbsdə qalmalı olacaq. Xatırladırıq ki, Yekaterinburq şəhərinin Leninski rayon […]
Dünyanın bu ölkələrinin səyyahları Qarabağdadır!

Bu gün Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Tezadlar.az xəbər verir ki, bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. Səfər iştirakçıları ilk olaraq Füzuli rayonuna gəliblər. Heyət 3 gün […]
Nə qədər ki, Kreml var, Qafqazda dinclik yoxdur…

Məlum olduğu kiki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Prezident İlham Əliyev artıq Əbu-Dabidədir. Tezadlar.az xatırladır ki, ABŞ dövlət katibi Rubionun son verdiyi açıqlamada “Ümid edirəm ki, tezliklə Azərbaycan və […]
Əliyev- Paşinyan görüşü başladı…-SON DƏQİQƏ

Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb. Tezadlar.az xatırladır kiş Ermənistan sülh sazişinin imzalanmasının bir addımlığındadır. Paşinyan rəsmi Kremlin bütün maneçiliyinə baxmayaraq, deyəsən, bu sazişi imzalamaqda israrlıdır… Bu saziş Ermənistanın xilası kimi də qəbul olunur… A.Məmmədli
Bakıda yağış yağır- ÇƏTİRSİZ YOLA ÇIXMAYIN

Bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarmadasında yağmurlu hava hakimdir. Tezadlar.az xatırladır ki, simoptiklərin bilgisinə görə, yağmurlu havanın gün ətzində davam edəcəyi gözlənilir. Yeri gəlmişkən, yağışlı hava paytaxt yollarında tıxaca səbəb olub.
Tələbələrin NƏZƏRİNƏ: Köçürülmə üçün sənəd qəbulu gələn həftə başlayır

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunub. Tezadlar.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, elektron müraciətlərin qəbulu iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə […]
Sabah Əliyev və Paşinyan arasında mühüm görüş baş tutacaq

Sabah 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, görüş iki ölkə arasında davam edən sülh prosesi çərçivəsində baş tutacaq. Məlumata əsasən, İlham Əliyev və Nikol Paşinyan bu gün BƏƏ-yə yola […]
“Real”ın braziliyalı ulduzu Vinisius Junior yenidən diqqət mərkəzində

“Real”ın braziliyalı ulduzu Vinisius Junior yenidən diqqət mərkəzinə düşüb, amma bu dəfə futbol uğurlarına görə deyil. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, gücumçu cazibədar venesuelalı model İzabella Ladera ilə fotosunun internetdə yayılmasından sonra qalmaqalın episentrində olub. Günəşli Mayamidə çəkilən kadrlar dərhal müzakirələr dalğasına səbəb olub. Futbolçunun keçmiş sevgilisi Mariya Mazalli daha çox qəzəblənib. Ayrılmalarına baxmayaraq, […]
Qarabağa qeydiyyatsız 5 günlük səfər imkanı yaradıldı

Qarabağa səfər edənlərin orada qalma müddəti artırılıb. “Tezadlar.az” xəbər verir ki, indi azad olunmuş ərazilərə səfər edənlər Qarabağda 5 gün qala biləcəklər. Belə ki, fərdi minik avtomobillərinin sahibləri, Azərbaycan vətəndaşları “yolumuzqarabaga.az” portalı vasitəsilə artıq 5 günlük icazə əldə edə biləcəklər. İcazələr iki gün öncədən alınmalıdır. Ümumilikdə nəqliyyat vasitəsində 9 nəfər ola bilər. Yeniliyə əsasən, vətəndaşlar […]
Azərbaycan diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur. Tezadlar.az xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb. Bildirilib ki, İbrahimovun “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır. İlkin məlumata görə, o, hazırda Şeremetyevo hava limanındadır. Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.
Zamin Zəkinin həbs müddəti uzadıldı

Həbsdə olan hüquq müdafiəçisi Zamin Zəki məhkəmə qarşısına çıxarılıb. Tezadlar.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində Zamin Zəkinin həbs müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb. Prosesdə vəsatət təmin edilib və Zamin Zəkinin həbs müddəti oktyabrın 21-nə qədər uzadılıb. Qeyd edək ki, Z.Zəki bu ilin mart ayında vəzifə saxtakarlığı və cinayət yolu […]
Tramp bu ölkələrin mallarına əlavə rüsum tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp İraq, Liviya və Əlcəzairdən gələn mallara 30 faiz, Filippin, Bruney və Moldova mallarına isə 25 faiz rüsum tətbiq edib. “Tezadlar.az” xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da məlumat verib və paylaşımına müvafiq məktubları əlavə edib. Məktublarda qeyd olunur ki, adıçəkilən ölkələrin şirkətləri ABŞ-də istehsalat müəssisələri açsalar, ABŞ onlar üçün […]
“Azərişıq” xəbərdarlıq etdi

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində 10 iyul tarixində elektrik naqilləri yenilənəcək. “TEZADLAR.AZ” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək qəsəbənin Nizami və İlqar Muradov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra […]
Bu doğum tarixləri intuisiya və zəkanı birləşdirir

Bəzi insanlar mənəvi hədiyyələrə, intuitiv qabiliyyətlərə və sosial vəziyyətlərə emosional baxışa malikdirlər. Digərləri isə əksinə, praktik zəka, analitik təfəkkür və görkəmli intellektlə istedadlıdırlar. İki dünya – sol beyin və sağ beyin toqquşanda nə baş verir? Tezadlar.az xəbər verir ki, numerologiya və astroloji ekspertlər daha yüksək ölçülərlə intuitiv, emosional əlaqə və ağıllı, müdrik problem həll etmə […]
Qızıl 3 600 dollara çata bilər

Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ dolları arasında ticarət oluna bilər. Bunu Tezadlar.az-a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası”nın İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib. Onun sözlərinə görə, ötən ay baş vermiş İran-İsrail müharibəsi Yaxın Şərqdə geosiyasi gərginliyin kəskin […]
Döyüş yolumu ekranda yaşatmağa çalışdım

“The word” (“Söz”) filminin qəhrəmanı Ələkbər Nəsirov müharibədə hiss etdiklərini filmdə çatdırmağa çalışdığını deyib. “Tezadlar.az”a açıqlama verən baş rol ifaçısı filmdə öz həyatını canlandırdığını bildirib: “Filmdə öz həyatımı canlandırmışam. Vətən Müharibəsinin iştirakçısı olmuşam. Filmdə özümün döyüş yolumdan bəhs etmişəm. Bu filmdə çalışmışam ki, ürəyimdən gələnləri, hiss etdiklətimi çatdırım”.
Dünya Bankı Xarkov və daha 6 şəhərə 116 milyon dollarlıq isitmə dəstəyi ayıracaq

Dünya Bankı URC-2025 zamanı Xarkov və Ukraynanın digər altı şəhərinin isitilməsinin dəstəklənməsi üçün 116 milyon dollar qrant maliyyələşdirməsi elan etməyi planlaşdırır. “Tezadlar.az”ın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bu barədə Şərqi Avropa üçün İnfrastruktur və Davamlı İnkişaf Proqramının rəhbəri Sevara Melibayeva bildirib. “URC-də biz İcma və Ərazilərin İnkişafı Nazirliyi ilə birlikdə istilik sektoruna, eləcə də daha […]
Vinisius Junior modellə görüntüləndi

“Real”ın braziliyalı ulduzu Vinisius Junior yenidən diqqət mərkəzinə düşüb, amma bu dəfə futbol uğurlarına görə deyil. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, gücumçu cazibədar venesuelalı model İzabella Ladera ilə fotosunun internetdə yayılmasından sonra qalmaqalın episentrində olub. Günəşli Mayamidə çəkilən kadrlar dərhal müzakirələr dalğasına səbəb olub. Futbolçunun keçmiş sevgilisi Mariya Mazalli daha çox qəzəblənib. Ayrılmalarına baxmayaraq, […]
Körpələrin ağlama səbəbi valideynlərdən yox, genetika ilə bağlıdır

İsveçin Uppsala Universitetinin alimləri müəyyən ediblər ki, iki aydan beş aya qədər olan körpələrin ağlama tezliyi əsasən genetik faktorlardan asılıdır. Tezdlar.az xəbər verir ki, minə yaxın əkizin iştirak etdiyi araşdırma nəticəsində genetikanın iki aylıq körpələrin ağlama davranışında 50%-ə, beş aylıq dövrdə isə 70%-ə qədər təsir etdiyi müəyyən edilib. Tədqiqat müəllifi Şarlotta Viktorssonun sözlərinə görə, bu […]
Ətrin daha uzunmüddətli qalması üçün bədəninizdə bu 6 nöqtəyə vurun

Ətrin davamlılığı və necə açılması təkcə onun keyfiyyətindən deyil, həm də onu bədəninizin hansı hissəsinə vurduğunuzdan asılıdır. Tezadlar.az 6 gizli bədən nöqtəsini təqdim edir. 1. Qulaq arxası Qulaq arxası – qan damarlarının dəriyə yaxın yerləşdiyi “nəbz nöqtələri”ndən biridir. Bu bölgə bir qədər isti olduğu üçün ətrin daha yaxşı buxarlanmasına və açılmasına kömək edir. Buraya ətir vurmaq […]
“Söz” sənədli filmi təqdim olundu

Nizami Kino Mərkəzində Baku TV-nin istehsal etdiyi “Söz” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. Tezadlar.az xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, eləcə də ictimai sektorun nümayəndələri iştirak ediblər. Film 44 günlük Vətən müharibəsinə həsr olunub. Ekran işində Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsini təsvir edir. Qeyd edək ki, Qarabağ həqiqətlərinin […]
Fransanın “Rafale” qırıcıları alıcı tapmır

Fransanın “Rafale” qırıcıları beynəlxalq bazarda mövqelərini itirməkdədir. Tezadlar.az xəbər verir ki, Peru hökuməti 3,5 milyard dollar dəyərində 24 ədəd İsveç istehsalı “Saab Gripen” təyyarəsi almağa hazırlaşır. Seçim daha münasib qiymət və texnologiya transferi imkanları ilə əsaslandırılıb. Digər tərəfdən, Belçika 1 milyard avroya 11 ədəd ABŞ istehsalı “F-35” qırıcısı alacağını açıqlayıb. Fransa Belçikaya “Rafale” satmağa çalışsa […]
Paşinyanın BƏƏ-yə səfəri başladı

Ermənistanın Baş naziri Nikol Paşinyanın BƏƏ-yə işgüzar səfəri başlayıb. “Tezadlar.az” xəbər verir ki, bu ölkəyə yollanan Paşinyanı Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan qarşılayıb. Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində […]
ABŞ İranın “kölgə bankçılığı”na qarşı 22 quruma sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran neftinin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xeyrinə satışını asanlaşdırmasına görə 22 qurumu sanksiya siyahısına əlavə edib. “Tezadlar.az” xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir. Məlumata görə, siyahıya Honkonq, BƏƏ və Türkiyədə yerləşən təşkilatlar daxil edilib. Nazirlik iddia edir ki, İİKK ilk növbədə sanksiyalardan […]
Ançelottiyə vergidən yayındığı üçün 1 il həbs cəzası verildi

İspaniyanın “Real Madrid” futbol klubunun sabiq baş məşqçisi Karlo Ançelotti vergidən yayındığı üçün 1 il müddətinə azadlıqdan məhrum edilib. “Tezadlar.az” xəbər verir ki, bu barədə Madrid Ali Məhkəməsi qərar qəbul edib. İspaniya qanunlarına görə, adətən, 2 ilə qədər həbs cəzası şərti xarakter daşıyır. “Məhkəmə Ançelottini 2014-cü ilin vergi dövrü ilə bağlı cinayət törətdiyinə görə 1 […]
Netanyahu Qəzzada razılaşma siqnalı verdi

HƏMAS və İsrail hökuməti Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxınlaşırlar. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox Business” telekanalına müsahibəsində bildirib. “Düşünürəm ki, biz razılaşmaya daha da yaxınlaşırıq. Hesab edirəm ki, onu bağlamaq üçün yaxşı şanslar var”, – o qeyd edib. “Al Arabiya” telekanalının mənbələri məlumat verib ki, […]
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ İranla bağlı əlavə sanksiyalar elan edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc olunub. Məlumata görə, sanksiyaya məruz qalan qurumlara Honk Konq, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən və SEPAH-ın Qüds korpusu ilə əlaqədə olan müəssisələr daxildir.
Ermənistanda Rusiya telekanallarına qarşı etiraz: “Təhlükəsizlik üçün təhdiddirlər”

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında Rusiya telekanallarının ictimai multipleks və kabel şəbəkələrindən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib. “Tezadlar.az” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. “Respublika naminə” partiyasının sədri Arman Babacanyan ictimai multipleksdə hansısa xarici telekanalın retranslyasiyasının əleyhinə çıxış edib və əlavə edib ki, Ermənistan qanunvericiliyi bunu Rusiya telekanalları ilə […]
Nazir Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun toplantısına dəvət edildi

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) bu ilin oktyabrın 23-də Qətərdə keçiriləcək Nazirlər Toplantısına dəvət edilib. “Tezadlar.az” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Energetika naziri Pərviz Şahbazov Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamellə görüşüb. Görüşdə Azərbaycanın təşkilatla əməkdaşlığı […]
Bricit Makron Emmanuelə soyuqluğu ilə mesaj verdi – səfərin gündəmi dəyişdi

Bricit Makron jestləri ilə diqqət çəkib. Makronların Böyük Britaniyaya üç günlük rəsmi səfəri başlayıb, lakin ictimaiyyətin diqqətini daha çox səfərin proqramı deyil, Fransanın birinci xanımı Bricit Makronun davranışı, prezident Emmanuel Makronla münasibətlərindəki gərginlikdən danışmağa əsas verib. Tezadlar.az bildirir ki, “Daily Mail”in xəbərinə görə, prezident cütlüyünü Uels şahzadəsi və xanımı qarşıladığı Qərbi Londondakı “Northolt” Kral Hərbi […]
Qəbələ Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunaraq başlayır

İyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır. “Tezadlar.az” xəbər verir ki, bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönü qeyd olunur. Məhz bundan irəli gələrək XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəylinin […]
“Yeni Quli”ni bıçaqlayıb dənizə atdılar

“Qanuni oğru”nun Abxaziyaya dəvətsiz səfəri acı sonluqla nəticələnib. Tezadlar.az xəbər verir ki, iyulun 6-da “həmkarları” ilə birlikdə yaxtaya mindikdən sonra, 46 yaşlı Suxumi sakini “Quli” ləqəbli Temur Kapba Respublika Xəstəxanasına yerləşdirilib. Məlumata görə, gərgin söhbət zamanı Quli “Pıza” ləqəbli Raul Bartsbanı “fahişə” adlandırıb və bıçaqla ona zərbə endirib. Nəticədə Kapbanın özü döyülüb, bıçaqlanıb və gəmidən […]
Azərbaycanın iki süd şirkəti Rusiyaya məhsul göndərməkdən imtina etdi

İyulun 11-dən Rosselxoznadzor Azərbaycanın istehsalçı şirkətləri olan ALLBUY MMC və MILK PRODUCTS MMC-nin bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa qoyub. “Tezadlar.az” bildirir ki, bu barədə Rusiya Rosselxoznadzor-un saytında məlumat verilib. “Qərar Azərbaycan tərəfinin Rusiya Müfəttişliyi Xidmətinə Rusiyaya idxal edən yuxarıda adı çəkilən süd məhsulları istehsalçılarına yoxlama aparmaqdan imtina etməsi və onların məhsullarının Rusiyaya gələcək […]
Əbu-Dabi görüşü: Cənubi Qafqazda sülhə aparan tarixi fürsət

“Azərbaycan və Ermənistan arasında növbəti sülh danışıqlarının Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi bölgədə diplomatik prosesin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Artıq hər iki ölkənin liderləri Əbu-Dabi şəhərindədir və bu danışıqlar ABŞ-ın vasitəçiliyi ilə baş tutur. Bu, sadəcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqaz üçün əhəmiyyətli bir mərhələdir”. “Tezadlar.az” xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının […]
İyulun 10-da dağlıq rayonlarda leysan və dolu gözlənilir

İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
24 il əvvəl arvadını maaş üstündə döyüb öldürən kişi nəhayət tutuldu

Rusiyanın Krasnoyarsk vilayətində 24 il əvvəl törədilmiş qətlin üstü açılıb. 56 yaşlı kişi pul üstündə mübahisədən sonra arvadını qətlə yetirdiyini etiraf edib. Tezadlar.az yerli KİV-ə istinadla bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, ər-arvadın münaqişəsi 2001-ci il fevralın 23-də dostunun yataqxanasında içki məclisi zamanı baş verib. 24 yaşlı qadın spirtli içki qəbul etdikdən sonra ərini cüzi […]
Erməni deputat Artur Sarkisyan terror ittihamı ilə həbs olundu

Ermənistan parlamentinin müxalif “Ermənistan” (Hayastan) fraksiyasından olan deputatı, prokurorluq tərəfindən konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib. “Tezadlar.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib. “Məhkəmə Sarkisyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib”, – o bildirib. Xatırladaq ki, […]
Avropa Prokurorluğu Jalatsın işinə yeni fəsadlar əlavə etdi

Avropa Prokurorluğu (EPPO) İstintaqın Xorvatiyanın keçmiş naziri Qabriela Jalatsın restoranlardakı xərclərini Aİ vəsaitləri hesabına ödədiyini müəyyən etməsindən sonra vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı yeni ittihamlar irəli sürüb. “Tezadlar.az”-ın Avropa bürosunun verdiyi məlumata görə, Xorvatiya hökumətində regional inkişaf və Avropa fondlarına cavabdeh olmuş və ayrıca iş üzrə korrupsiyaya görə 2 il müddətinə azadlıqdan məhrum […]
Albert Riera: “Sabah” haqqında kifayət qədər məlumatımız var

“Sele”nin “Sabah” haqqında kifayət qədər məlumatı var. “Tezadlar.az” xəbər verir ki, bunu “Sele”nin (Sloveniya) baş məşqçisi Albert Riera “Sabah”a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından öncə mətbuat konfransında deyib. Mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib: “Sabah” haqqında kifayət qədər məlumatımız var. Dəyişikliklər var. Ümid edirəm ki oyunumuza yaxşı təsir edəcək. Rəqibə hörmət edirik. Kifayət qədər […]
Tələbələrin köçürülməsi başlayır

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur. “Tezadlar.az” xəbər verir ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha […]
Makronun Keyt Midltone “göz vurması” sosial şəbəkələrdə tənqid olundu

Fransa Prezidenti Emmanuel Makronun Birləşmiş Krallığa dövlət səfəri çərçivəsində Kembric hersoginyası Keyt Midltonla təmasları sosial şəbəkələrdə və bəzi mediada birmənalı qarşılanmayıb. Xüsusilə, Makronun rəsmi şam yeməyində Keytə guya “göz vurması” və hava limanında onun əlini öpməsi bəziləri tərəfindən diplomatik həddi aşmaq kimi qiymətləndirilib. Avropa diplomatiyasında jestlərin əhəmiyyəti böyükdür. Lakin söhbət kral ailəsindən gedirsə, burada hər […]
Keşlə” bazarında 740 kiloqram yararsız balıq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 24M ünvanında yerləşən “Keşlə” bazarında yoxlama aparıb. Tezadlar.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, aparılan baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və müəssisədəki sanitar-texniki, sanitar-gigiyenik şəraitin qənaətbəxş olmadığı müəyyən edilib. Həmçinin balıq məhsullarının tələb olunan […]
Məhəmməd Salah Bodrumdan 10 milyon dollarlıq villa aldı

Premyer Liqada mövsümü “Liverpul”un bombardiri kimi başa vuran misirli futbolçu Məhəmməd Salah tətili üçün Bodrumu seçib. Onun aldığı villanın dəyəri heyrətamizdir. Başda Rusiya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə olmaqla dünya şöhrətli futbolçular, sənətçilər və iş adamları Bodrum otellərində və qayıqlarda qalmağa başlayıblar. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, ötən mövsümdə karyerasının ən yaxşı oyunlarından […]
Səudiyyə və BƏƏ qondarma erməni soyqırımını tanımağın bir addımlığından döndü

…Əbu-Dabi Ermənistananla Azərbaycanı bir araya gətirir 7 əmirlikdən ibarət olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində- Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə-Səudiyyə Ərəbistanı, Qətər və Omanla həmsərhəddir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür. Federativ dövlət kimi tanınır. Mütləq monarxiyadır. Əbu-Dabinin hakimi şeyx Məhəmməd bin Zayed Al Nəhyan […]
“Azərbaycan” nəşriyyatının qarşısındakı yol nişanı məsələsinə aydınlıq gətirildi

Az əvvəl tezadlar.az saytında “«Azərbaycan» nəşriyyatının qarşısında jurnalistlər cərimələrlə sınağa çəkilir!” başlıqlı yazı yayımlanmışdır. Yazıda bildirilirdi ki, “…iş yerindən çıxan jurnalistlər Mətbuat prospektində daim tıxac olduğundan, çətinliklə də olsa, sağa-məşhur Yasamal qəbristanlığına-Badamdar tərəf istiqamətlənirlər. Qarşıda hamını işıqfor qarşılayır. Yol tıxacdır. Diqqət edin: Şərifzadədən (ATV tərəfdən) gələn avtomobillərin hamısı işıqforun qırmızı işığında dayanır, bu zaman işıqfor […]
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Tezadlar.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.
Kiyevdə İsrailin xəbərdarlıq sistemi tətbiq olunacaq?

Hərbçilər bu formatı texniki cəhətdən mümkün hesab etmirlər İsrailin lokallaşdırılmış təhlükə xəbərdarlığı sistemi Kiyevdə tətbiq edilməyəcək. Tezadlar.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) rəhbəri Timur Tkaçenko bildirib. Onun sözlərinə görə, hərbçilər bu formatı texniki cəhətdən mümkün hesab etmirlər. “Şəhər inkişafının sıxlığı və təhdidlərin, xüsusən də artıq raket funksiyasını yerinə […]
Sumqayıtda quldurluq edən yaxalandı
Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib. Bu barədə Tezadlar.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb. Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb. Araşdırma aparılır. […]
VƏTƏN ADAM…

…Ondan həm də yaxşı diplomat olardı, sanki diplomat doğulub. Düşündüklərini olduqca yumşaq şəkildə çatdıra, başqalarını inandıra və düzgün motivasiya qura bilir. Həmişə nəzakətlidir və həmsöhbətini başa düşməyə çalışır. Gözəl nitq qabiliyyəti var. Öz natiqliyi sayəsində fərdlərə və bütövlükdə böyük toplumalara təsir etməyi bacarır. Şux, zərif və təravətli görünür, çünki təbiət ona qüsursuz görkəm bəxş edib. […]
4SİM-in icraçı direktoru “Euronews” kanalına müsahibə verib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Euronews” beynəlxalq xəbər kanalının enerji texnologiyaları və qlobal tendensiyalara həsr olunmuş “Energy Frontiers” proqramına müsahibə verib. Tezadlar.az xəbər verir ki, müsahibədə süni intellekt və qabaqcıl texnologiyaların enerji sektoruna təsiri, Azərbaycanın bu sahədə atdığı strateji addımlar və gələcək texnoloji inkişaf perspektivləri […]
Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir – VİDEO

Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb. Tezadlar.az xəbər verir ki, təlimin açılış mərasimində vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayaraq keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan […]
Rusiya 100 000 əsgərini bu istiqamətə çəkib: Ukrayna rusların planını ifşa edib

Toretsk və Çasovıy Yar istiqamətindən rus işğalçıları Konstantinovka istiqamətində irəliləyə bilmirlər Yay hücum əməliyyatları çərçivəsində ruslar Konstantinovka istiqamətində irəliləməyə cəhd etmək üçün əsas qüvvələrini Pokrovsk istiqamətinin şərq hissəsində cəmlədilər. Hərbçilərin sayı 100.000 nəfərdən çoxdur. Tezadlar.az xəbər verir ki, bu barədə “Suspilne” telekanalının efirində “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun nümayəndəsi Viktor Trequbov danışıb. O bildirib ki, hazırda […]
İranın Ermənistandakı səfiri əməlli-başlı riyakardır!

“İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir”. Tezadlar.az xəbər verir ki, bu barədə Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına münasibət bildirərkən deyib. Ayxan Hacızadə […]
«Azərbaycan» nəşriyyatının qarşısında jurnalistlər cərimələrlə sınağa çəkilir!

…Yenidən bu mövzuya qayıtmalı oldum. Məsələ ondadır ki, Mətbuat prospektində -«Azərbaycan» nəşriyyatının qarşısında az qala hər gün jurnalistlər cərimə cəzası ilə sınağa çəkilir. Səbəb ondadır ki, Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsində yol nişanının uyğunsuzluğu, daha dəqiq desəm, çaşdırıcılığı və məntiqsizliyi buna gətirib çıxarır. Belə ki, iş yerindən çıxan jurnalistlər Mətbuat prospektində daim tıxac olduğundan, […]
Su-35 və Su-34 təyyarələrində hansı ölkələrin elektronikasından istifadə olunur?

Rusiya təyyarələri üçün elektronika Texas Instruments, Analog Devices və Intel kimi şirkətlər tərəfindən təmin edilir Rusiyanın Su-34 və Su-35S döyüş təyyarələri demək olar ki, tamamilə Qərbdən və bir sıra Asiya ölkələrindən alınmış elektronikadan ibarətdir. Tezadlar.az xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlığın (IPHR) bir neçə digər təşkilatla birgə hazırladığı yeni hesabatda deyilir. […]
Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Tezadlar.az xəbər verir ki, qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, […]
Oğuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Tezadlar.az xəbər verir ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Oğuz şəhəri, Rəşid Behbudov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Rzayev Mehman Mehdi oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə […]
FHN Ağdamda regional seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Qarabağ Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Fövqəladə hallarla mübarizə sahəsində koordinasiya və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib. Tezadlar.az xəbər verir ki, tədbirdə Baş idarənin Regional mərkəzlərlə işin təşkili idarəsinin […]
Bir ömrün qayıdışı-FOTO-VİDEO

Misilsiz zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı şəkildə aparıldığı rayonlardan biri məhz Laçındır. Dövlət Qaçqınkom-dan tezadlar.az-a verilən məlumata görə, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra sürətli şəkildə aparılan bərpa quruculuq işləri Laçının gözəlliyinə gözəllik qatıb. Azad Laçın, doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır. Laçında yaradılan yeni iş imkanları […]
Zaxarova: ABŞ-ın Ukraynaya silah tədarükünün bərpası sülhə gətirib çıxarmayacaq

“ABŞ-ın Kiyev rejiminə silah tədarükünün bərpası münaqişənin diplomatik yollarla həllinə kömək etməyəcək; Amerika tərəfinin bu qərarının nəticələri hələ qiymətləndirilməyib”. Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O xatırladıb ki, Vaşinqtonun əvvəllər Kiyevə silah tədarükünü dayandırmaq qərarından sonra ABŞ yenidən “onların bərpası ilə bağlı bəyanatlar verib”. “Bu cür […]
Rusiya XİN dünya ictimaiyyətini Kiyevin törətdiyi terror aktlarını pisləməyə çağırıb

Rusiya beynəlxalq ictimaiyyətin həssas hissəsini Kiyevin Kursk və Rılskda törətdiyi terror aktlarını qətiyyətlə pisləməyə çağırır. Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. “Ölkəmizin dinc əhalisinə qarşı törədilmiş bu amansız terror aktları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz Kiyev rejiminin törətdiyi vəhşiliklərin əsl […]
Pentaqon Ukraynaya görə Trampı məyus edib

Pentaqonun Ukraynaya bəzi döyüş sursatlarının tədarükünü dayandırmaq qərarı ABŞ prezidenti Donald Trampı məyus edib, çünki bu addım Ağ Evlə lazımi koordinasiya olmadan atılıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) mənbələrə istinadən məlumat yayıb. “Prezident Trampın Ukraynaya daha çox müdafiə silahı göndərmək qərarı onun Ukraynaya bəzi döyüş sursatlarının tədarükünün dayandırıldığını elan edən Pentaqon […]
Şəmkirdəki avtoqəzada 1 nəfər öldü, 3 nəfər isə…

Ötən gün saat 02:50 radələrində 4 nəfər ( kişi cinsli) yol-nəqliyyat hadisəsi nəticəsində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən tezadlar.az-a verilən məlumatda deyilir ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Lakin təəssüflər olsun, 1 nəfər şəxsin isə vəziyyəti ağır […]
Ağdam-Füzuli yolundakı avtoqəzada yaralananlar 24 nəfərdir-SİYAHI

Bu gün səhər saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub. TƏBİB-dən “Təzadlar”a bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar. Məlumata görə, müxtəlif […]
Bir dəfəyə 11 avtomat, 5 tapança, 17 qumbara və…

Tezadlar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir. İyulun 8-də aparılan tədbirlərlə bu qədər silah-sursat götürülüb: — 11 avtomat— 5 tapança— 17 qumbara— 16 alışdırıcı— 43 tüfəng— 4 patron darağı və— 150 ədəd müxtəlif çaplı patron… Könüllülük yaxşı […]
Bu gün onun xatirə günüdür-RƏSULZADƏNİN OĞLU AZƏR RƏSULZADƏNİN

Bu gün Azərbaycan Cümhuriyyətinin banisi böyük Məmməd Əmin Rəsulzadənin sonbeşik oğlu Azər Rəsulzadənin vəfat etdiyi gündür. Azər Rəsulzadə ömrünün böyük hisəsini ucqar yerdə repressiya olunduğu Qazaxıstanın Karakanda şəhərində yaşayıb. Xatirəmdədir: iyulun 8-də vəfat edən Azər Rəsulzadə 1993-cü ilin İyulun 9-da doğulduğu Novxanı kəndinə gətirildi. Burada ulu babası Axund Hacı Molla Ələkbərin yanında dəfn edildi.. Bununla […]
Ağdamdan Füzuliyə gedən mikroavtobus aşdı-20 nəfər yaralanıb

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Məlum olur ki, bu gün iyulun 9-da, səhər saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini […]
Kerkük Kalesi’nde Türk Mirasının Bir Şaheseri: Gök Kümbet- İRAKDAN “TƏZADLAR”A YAZIRLAR

…Kerkük, asırlardan beri Irak Türklerinin bu coğrafyada şekillenmiş Türk kültürünün merkezidir. Bir şehrin yardımiyeti ve kimliği, şehrin tarihi mimari eserleri, sosyal ve kültürel yapısıyla ilgili genel konular. Bir millet için “tarihi eser” sahibi olmak, her şeyden evvel bir “tarihe”ye sahip olmayı gerektirir. Bu topraklardaki Irak Türklerinin geçmişi bin yılı aşıyor. Yani en az bin yıllık […]
İsrail yenidən hücum etdi və…

İsrail Hərbi Hava Qüvvələri Livanın şimalındakı Tripoli şəhərinə hava zərbəsi endirib. “Tezadlar.az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, hücumun hədəfi Fələstinin HƏMAS hərəkatının sıralarındakı “əsas terrorçu” kimi tanınan şəxs olub. Hücumla bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.
Rusiyada döyüşçü qıtlığı: artıq xarici vətəndaşlar müharibəyə göndəriləcək!

Bundan sonra Rusiyada xarici ölkə vətəndaşları müharibə və səfərbərlik dövründə xidmət edə biləcəklər. Tezadlar.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Sənəddə qeyd olunub ki, xarici vətəndaşlar təkcə fövqəladə və ya hərbi vəziyyət və silahlı münaqişələr şəraitində deyil, həm də səfərbərlik dövründə xidmət edə biləcəklər. Qeyd edək ki, dünən V.Putin Rusiya […]
Rusiya son hadisələr fonunda erməniləri Azərbaycana qarşı qaldırmaq istəyir?

Saakaşvilidən sensasion açıqlama gəlib. “Rusiya Ermənistanın Gümrü bazasına yeni əlavə qüvvələr göndərir”,- deyən sabiq prezident Ukrayna kəşfiyyatına istinadla deyib: “Bu, Kreml ilə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər. Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur”. Saakaşvili […]
Bu gün diplomatlarımızın günüdür!-TƏBRİK

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır. Tezadlar.az xatırladır ki, diplomatik xidmətin yaradılmasından 106 il ötür. Tarixə nəzər: Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas […]
Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib. Tezadlar.az xəbər verir ki, yeni Qaydalar, Azərbaycan ərazisində yerli və xarici istehsalçılar tərəfindən kinematoqrafiya əsərləri və digər audiovizual məhsulların istehsalının təşviqinə, sahəyə investisiya cəlbediciliyinin […]
O, Krım körpüsünü dağıtmaq çağırışlarına görə mühakimə olunacaq

Krım körpüsünün dağıdılmasına çağış edən Krım sakininin cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə verilib. Tezadlar.az xəbər verir ki, bu barədə Respublika Prokurorluğu öz Telegram-kanalında məlumat yayıb. Müstəntiqlərin məlumatına görə, Sevastopolun Sovetski rayonunun sakini sosial şəbəkələrdə Krım körpüsünün dağıdılmasına çağıran şərh yazıb. Onun fəaliyyəti FTX əməkdaşları tərəfindən müəyyən edilərək dayandırılıb. “Cinayət işi Cənub Rayon Hərbi […]
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə bağlı qanun layihəsi Konqresə təqdim ediləcək: tarix açıqlanıb

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri deyir ki, bu qanun layihəsi Putinə “güclü siqnal” göndərəcək 9 iyul 2025-ci il tarixdə senator Lindsi Qremanın Rusiya Federasiyasına qarşı sanksiyalar haqqında qanun layihəsi ABŞ Konqresinə təqdim ediləcək. Tezadlar.az xəbər verir ki, bu sözləri X sosial şəbəkəsində ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç deyib. Onun sözlərinə görə, bu qanun […]
Sabirabadda qadın doğuş zamanı ölüb- SƏBƏB

Ötən gün 1992-ci il təvəllüdlü hamilə qadın axşamüstü saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Tezadlar.az- a bu barədə Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib. Sorğumuza cavabda […]
Tramp Ukraynaya silah göndərilməsinə icazə verdi

Gözlənildiyi kimi, ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü yenidən bərpa edib. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda bu barədə sənədi artıq təsdiqləyib. Sitat: “Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən də bunu təsdiqlədim”. Xatırladaq ki, Tramp bir müddət əvvəl etiraf etmişdi ki, Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsi onun […]
“Brent” fyuçersləri 70 dollar həddini keçdi

Bu ilin sentyabrında tədarük edilən “Brent” markalı neftin fyuçerslərinin qiyməti iyunun 24-dən bəri ilk dəfə olaraq bir barel üçün 70 dolları ötüb. “Tezadlar.az” xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları sübut edir. Belə ki, Bakı vaxtı ilə saat 19:27-yə olan məlumata görə, neftin qiyməti 0,56% artaraq 69,97 dollar/barelə çatıb. Bir neçə dəqiqə əvvəl bu […]
Bu il dünyanın sonuncu ili ola bilər

Son illər dünyada baş verən hadisələr, yumşaq desək, təəccüb doğurur. Ancaq “yaşayan Nostradamus” da adlandırılan braziliyalı ekstrasensin dediyi kimi, bu il dünyanın sonuncu ildir. Tezadlar.az bildirir ki, Atos Salome, “Daily Mail” üçün yazdığı məqalədə dünyanın sarsılacağını söyləyib. Sakit meditasiyalarında o, “fırtınalar və iqlim fəlakətləri” görüb. “Bu ilin sonuna qədər Qolfstrim əhəmiyyətli dərəcədə zəifləyəcək – qlobal hadisə, […]
Ermənistanda hərbi təlim zamanı mina partlayışı baş verib

2025-ci il iyulun 8-də, saat təxminən 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin poliqonunda keçirilən təlim zamanı minaatan mərmisinin partlaması baş verib. “Tezadlar.az” bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində xəsarət alanlar olub. Nazirlikdən bildirilib ki, baş verənlərin səbəblərini tam araşdırmaq məqsədilə istintaq aparılır.
Yəmən sahillərində “Eternity C” gəmisinə hücum: 3 ölü, 2 yaralı

Yəmən sahillərində “Eternity C” yük daşıyan gəmisinə hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. “Tezadlar.az” xəbər verir ki, bu barədə Yunanıstanın “ERT-news” telekanalı məlumat yayıb. “Qırmızı dənizdə Liberiya bayrağı altında üzən Yunanıstanın “Eternity C” ticarət gəmisinə husilərin hücumundan sonra 3 nəfərin ölməsi ilə bağlı xəbərlər təsdiqlənib. İlkin olaraq ölənlərdən ikisinin meyiti mühərriklərin olduğu bölmədə tapılıb. […]
“Arsenal”ın qapıçısı David Raya evləndi

“Arsenal”ın qapıçısı David Raya bal ayında model həyat yoldaşı Tatyanadan əllərini çəkə bilmir. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, cütlük ötən həftə sonu nikah bağlayıb. Mərasimdən sonra dərhal toylarını qeyd etmək üçün səyahətə çıxıblar. Cütlük qayıqda çəkdirdikləri fotolarını yayıblar.
Bolqarıstan 2026-cı ildən avroya keçir – Rəsmi qərar təsdiqləndi

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin avroya keçidi uzunmüddətli perspektivdə həmişə müsbət faktdır, lakin keçid dövründə əhalinin sosial müdafiəsi məsələlərini həll etmək yerli hakimiyyət orqanlarının üzərinə düşür və bu, Bolqarıstana da aiddir. Bunu “Tezadlar.az”ın Avropa bürosuna açıqlamasında Aİ-nin yüksək vəzifəli rəsmisi Bolqarıstanın avroya keçid prosesinin başa çatmasını şərh edərkən deyib. İyulun 8-də avrozona ölkələri daha bir, sayca […]
Zeytun yağındakı maddə xərçəng hüceyrələrini 30 dəqiqəyə məhv edir

ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirini üzə çıxarıblar. Tezadlar.az xəbər verir ki, Rutgers Universiteti ilə Hunter College-in birgə apardığı araşdırma nəticəsində məlum olub ki, zeytun yağında təbii şəkildə olan bir maddə – oleokantal – xərçəng hüceyrələrini cəmi yarım saata məhv edə bilir. Tədqiqat zamanı alimlər bu maddənin yalnız xəstə hüceyrələri hədəf aldığını və […]
Qobustanda gəlini qətlə yetirən qayınata: Oğuldan təkzib – “Namus söhbəti yalandır”

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib. Araşdırmalar zamanı məlum olub ki, cinayəti mərhumun qayınatası Orucağa Ağayev törədib. O, həmçinin həyat yoldaşı Sevilə də bıçaqla xəsarət yetirib. Orucağa Ağayev saxlanılıb. İlkin versiyaya əsasən, hadisənin “namus üstündə” baş verdiyi bildirilmişdi. Tezadlat.az […]
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana cinayət işi açıldı

Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. “Tezadlar.az” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. S. Ohanyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb: vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar təqdim etmək. […]
Tatlısəsin gizli qalan sirri ortaya çıxdı – 25 yaşında sünnət edilib

Jurnalist Burhan Akdağ Gökay Kalaycıoğlunun aparıcılıq etdiyi, Hakan Solakerin şərhləri ilə qatıldığı “Maqazin Bahane” verilişinin qonağı olub. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, İbrahim Tatlısəsin uşaqlığı və etdiyi maliyyə səhvləri ilə bağlı diqqətçəkən açıqlamalar edən Akdağ sənətçinin 24-25 yaşlarında sünnət olunduğunu deyib. Bu detalı qardaşı Hüseyn Tatlının bilmədən gündəmə gətirdiyi öyrənilib. Maqazin dünyasının əfsanəvi adı […]
Yayda Avtomobillərin Yolda Qalması Artır

Yay mövsümündə avtomobillərin yolda qalma halları artır. Mütəxəssislər bu vəziyyəti əsasən havaların isinməsi ilə əlaqələndirirlər. Tezadlar.az bildirir ki, isti hava mühərriklərin daha çox qızmasına səbəb olur. Soyutma sistemi nasaz olan avtomobillərdə bu, ciddi nasazlıqlara gətirib çıxara bilər. Eyni zamanda, radiator suyunun azalması və ya keyfiyyətsiz antifrizdən istifadə də mühərrikin qızma riskini artırır. Yayda akkumulyatorların ömrü […]
Paytaxtda 45 Yaşlı Şəxs Sirkə İçdi

Bakıda kişi sirkə məhlulundan zəhərlənib. Tezadlar.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib. 45 yaşlı Ələkbərov Zamin Xalid oğlu naməlum şəraitdə sirkə məhlulu içib. Nəticədə o, zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Ata Qızını 45 Yaşlı Kişiyə Satdı

45 yaşlı kişi 6 yaşlı qızla “evləndi”, “Taliban” evliliyi 9 yaşa qədər “ertələdi” Ata qızı artıq iki arvadı olan kişiyə satıb. Əfqanıstanda altı yaşlı qız uşağı 45 yaşlı kişiyə ərə getməyə məcbur edilib. Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, “Taliban” müdaxilə edib, lakin bu, uşaq üçün yalnız dəhşəti gecikdirib. Təfərrüatlar Qızın atasının onu artıq iki […]
Qarabağ Universitetində Tibb Fakültəsi Açılır

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. “Tezadlar.az” xəbər verir ki, fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı […]
Evdə Sadə və Ləzzətli Dondurma Hazırlamaq Üsulu

Yay aylarında sərinlədici dondurmaya tələbat artır. Artıq bu ləzzətli deserti ev şəraitində də sadə üsulla hazırlamaq mümkündür. Tezadlar.az bildirir ki, evdə dondurma hazırlamaq üçün əsas inqrediyentlər qaymaq, qatılaşdırılmış süd və vanildir. Bunun üçün 400 ml qaymaq çalınaraq krem hala gətirilir. Ardınca 300 ml qatılaşdırılmış süd əlavə olunaraq qarışdırılır. İstəyə görə vanil tozu və ya təbii […]
Rusiyada Miqrantların Törətdiyi Cinayətlərin Sayı 10% Artıb

2025-ci ilin ilk beş ayında Rusiyada miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 10 % artıb. “Tezadlar.az”ın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin miqrasiya sahəsində cinayətlərin araşdırılmasına həsr olunmuş iclasda bildirib. Yeni məlumatlara görə, ötən illə müqayisədə Rusiyada miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 19 minə qədər artıb. Göstərilən dövr ərzində […]
Putin Naziri Vəzifədən Azad Etdi

Rusiya Prezidenti Vladimir Putin dünən, 7 iyul 2025-ci ildə, əvvəlcə nəqliyyat naziri Roman Starovoit-in vəzifəsindən azad edilməsinə dair göstəriş verib. Bir neçə saat sonra Starovoit avtomobilində silahla odlu silah yarasından ölmüş halda tapılıb. Putin dərhal tədbir görərək Starovoit-in yerinə onun müavini olan Andrey Nikitini təyin edib. Nikitin may 2024-cü ildən Starovoit-in müavini kimi fəaliyyət göstərirdi […]
Dəriyə Zərər Vurmadan Necə Günəşlənməli?

Günəşlənmək təkcə dəriyə gözəl bir tündlük vermək deyil, həm də sağlamlıq məsələsidir. Günəş altında həddindən artıq qalmaq dəri yanıqlarına, vaxtından əvvəl qocalmaya və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, günəş altında təhlükəsiz qalma müddəti bir sıra amillərdən xüsusilə yaş və dərinin fototipindən asılıdır. Günəşlənməyin ümumi təhlükəsizlik qaydaları Yaşınızdan asılı […]
Doğuş Faciəsi: 33 Yaşlı Ana Sabirabadda Vəfat Etdi

Sabirabadda ana doğuş zamanı ölüb. Tezadlar.az-ın məlumatına görə, İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Kərimova Şəbnəm Vaqif qızı Sabirabad doğum evində doğuş zamanı ölüb. Yeni doğulan uşaq isə sağ qalıb.
Əli Əsədov və Ayaz Sadiq Azərbaycan–Pakistan Əməkdaşlığını Dəyərləndirdi

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tezadlar.az” xəbər verir ki, görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd edilərək […]
Biləsuvarda Şəhid Ailələri və Əlillərlə Görüş Keçirildi

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya” adlı layihəsinin icrasını Biləsuvar rayonunda şəhid ailələri və digər imtiyazlı şəxslərlə görüşü ilə davam etdirdi. Görüşdən əvvəl layihə iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyub, məzarları […]
Temperatur Artacaqmı?

Son günlər müşahidə olunan sərin hava şəraiti çimərlik biznesini çökdürüb. Sahibkarların sözlərinə görə, maddi baxımdan xeyli ziyan ediblər: “Keçən il 8 min adam olurdu. Bu il isə adam gözə dəymir. 3 ay gözləyirik ki, sezon olsun onda da belə olur”. Bəs hava nə vaxt düzələcək? Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycan ərazisində son günlər müşahidə […]
5 Nəfərlik Ailə Vəhşicəsinə Qətlə Yetirildi

Hindistanda cadugərliklə məşğul olduqları deyilən bir ailə vəhşicəsinə qətlə yetirilib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, hadisə Bihar əyalətinin Purnia bölgəsində baş verib. Kənd sakinləri bir ailənin 5 üzvünü cadugərlik etdikləri iddiası ilə diri-diri yandıraraq, öldürüblər. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və hələlik azı 3 nəfər saxlanılıb. Lakin bütün kənd sakinlərinin cinayətdə əli olduğu düşünülür. […]
“Zirə” Vinsent Till ilə Anlaşdı

“Zirə” yeni futbolçu ilə anlaşıb. “Tezadlar.az” xəbər verir ki, Bakı təmsilçisi Vinsent Tilli heyətinə qatıb. Luksemburqlu futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb. Qeyd edək ki, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub. Luksemburq yığmasının da üzvü olan Till son olaraq “Sabah”da çıxış edib.
Kartof Bahadır, Amma Fermer Qazanmır

Tovuz rayonunda kartofçuluq ənənəvi sahələrdən biridir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Hər il olduğu kimi bu il də rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür, fermerlər bu sahəyə önəm verir, kartofçuluğu daha da inkişaf etdirirlər. Tovuzda artıq kartof yığımına start verilib. Rayonda bu il keçən illə müqayisədə 1000 ha az kartof […]
Otel Seçərkən Hansı Mərtəbədə Qalmaq Daha Təhlükəsizdir?

Tətil planlaşdırarkən turistlərin əksəriyyəti əsas diqqəti yaşayışın qiyməti, otelin yerləşmə yeri, rəylər və interyer fotolarına yönəldir. Lakin çox vaxt nəzərə alınmayan kiçik, amma vacib bir detal var – doğru mərtəbənin seçilməsi. Tezadlar.az xarici mediaya istinadən təhlükəsizlik, sakitlik və rahatlıq baxımından hansı mərtəbənin daha yaxşı olduğunu izah edir. Niyə birinci və ikinci mərtəbədə qalmaq məsləhət görülmür? Baxmayaraq […]
Abşeronda 69 Yaşlı Kişi Quyaya Düşdü

Abşeron rayonunda kişi quyuya düşüb. Tezadlar.az xəbər verir ki, hadisə gecə saat 22 radələrində Fatmayı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 69 yaşlı Rza Əhəd oğlu Nəcəfov yaşadığı evin yaxınlığında boş quyuya düşərək xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır.
Fazil Mustafaya Sui-qəsd Cəhdində Təqsirləndirilənlərə Verilən Hökm Qüvvədə Saxlanıldı

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov barələrində olan hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Tezadlar.az bildirir ki, bu gün Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin […]
İtaliyada Hava Limanında Dəhşətli Hadisə

İtaliyada hava limanında kişi faciəvi şəkildə ölüb. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, hadisə Milan şəhərindəki Orio al Serio aeroportunda qeydə alınıb. İspaniyaya uçan təyyarə qalxmaq üçün hazırlanırmış. Bu zaman 35 yaşlı naməlum şəxs avtomobili ilə həmin əraziyə əks istiqamətdən daxil olub. O, avtomobildən düşərək təyyarəyə doğru qaçmağa başlayıb. Mühafizəçilərin müdaxilələrinə baxmayaraq, adamı tutmaq mümkün olmayıb […]
Ruben Vardanyan üzrə məhkəmə davam edir

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 8-də davam etdirilib. “Tezadlar.az” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan […]
Fransada Məşhur Modelə Qəddar Hücum

Fransada model evində təcavüzə məruz qalıb. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, hadisə Marsel şəhərində baş verib. Naməlum şəxs özünü qonşu kimi təqdim edərək model Soraya Riffinin evinə girib. Onun ardınca silahlı iki nəfər də evə daxil olublar. Kişilər modelin əllərini və ayaqlarını bağlayaraq, döyüblər və külli miqdarda pul istəyiblər. Zərərçəkən gözlərini açanda bədəninin yuyucu vasitə […]
Kuryer işi – halal zəhmət, amma…

Halal zəhmətlə dolanan kuryerlər şəhər sakinlərini niyə narahat edir? Son illər Bakının küçə və prospektlərində motosikletli kuryerlərin sayı sürətlə artıb. Yemək, sənəd, bağlama və digər xidmətlərin çatdırılması sahəsində çalışan bu gənclər, çörəkpulu qazanmaq üçün gecə-gündüz işləyirlər. Çox zaman ağır və təhlükəli şəraitdə çalışan bu kuryerlər üçün nə sığorta, nə də sosial təminat var. Əksəriyyəti 18-30 […]
Prezident Texniki Reqlamentlərin Hazırlanması və Qəbulu Qaydalarını Təsdiqlədi

Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydaları təsdiqlənib. “Tezadlar.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.