Əsas məzmuna keç

BMT TŞ Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraya qarşı sanksiyaları ləğv etdi

BMT Təhlükəsizlik Şurası Suriya Ərəb Respublikasının (SAR) müvəqqəti rəhbəri Əhməd əl-Şara və daxili işlər naziri Ənəs Xəttabın BMT-nin sanksiya siyahısından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya da daxil olmaqla, Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü qətnaməni dəstəkləyib. Çin səsvermədə bitərəf qalıb.

15 oktyabrda Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Əhməd əl-Şara ilə görüşüb.

Danışıqlar, digər məsələlərlə yanaşı, Suriyaya humanitar yardımın çatdırılmasına yönəlib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…