Əsas məzmuna keç

Britaniya, Fransa, İtaliya və Almaniya səfirləri etirazlarla əlaqədar İran XİN-ə çağırılıb

Britaniya, Fransa, İtaliya və Almaniyanın Tehrandakı səfirləri ölkədə baş verən etirazlarla bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, səfirlər etirazçıların zorakı hərəkətlərini əks etdirən videomateriallarla şəxsən tanış olmaq üçün Xarici İşlər Nazirliyinə dəvət olunublar.

İranda isə gərginlik davam edir. Ölkədə 3 günlük matəm elan olunub.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…