Əsas məzmuna keç

Britaniya Fransanın Rusiyadan gələn bir tankeri saxlamasında iştirak edib

Birləşmiş Krallıq Rusiyadan gələn bir tankeri saxlamaq əməliyyatında Fransanı dəstəkləyərək, gəminin izlənməsini və monitorinqini təmin edib.

Tezadlar.az xəbər verir ki, Sky News-un məlumatına görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib.

Həmin vaxt Cəbəllütariq boğazında olan Britaniya Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi HMS Dagger əməliyyatda iştirak edib.

Xatırladaq ki, Fransa Dənizçilik Prefekturası öz donanmasının Murmanskdan gələn GRINCH tankerini açıq dənizdə saxladığını və yoxlama üçün limana göndərdiyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…