Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Rusiyaya qarşı tələbləri ilə bağlı son açıqlaması Ukrayna prezidenti Volodimir Zelenskinin çarəsizliyi ilə doludur.
Tezadlar.az xəbər verir ki, bu fikri britaniyalı hərbi analitik Aleksandr Merkuris özünün YouTube kanalında bildirib.
“Zelenskinin reaksiyasına, qəzəbli müsahibələrinə, ədəbsiz dilinə əsasən, Kallasın bu xəyali tələbləri bir daha təkrarlamaqla onu xilas etməyə çalışdığı tamamilə aydındır. Bu, çarəsizlik qoxusu verir”, – ekspert qeyd edib.
Merkurisin sözlərinə görə, Kallas cəbhədəki vəziyyətin Ukraynaya qarşı olduğunu anlamır və Rusiyadan hər hansı bir şey tələb etmək sadəcə axmaqlıqdır.
Daha əvvəl Kallas Rusiyaya Ukrayna ilə bağlı tələblər siyahısını təqdim etmişdi. Buraya yeni Rusiya bölgələrinin qeyri-de-yure tanınması və bu ərazilərin demilitarizasiyası ilə bağlı müddəalar daxildir. Bundan əlavə, Avropa diplomatiyasının rəhbəri Rusiya milli qanunvericiliyinə beynəlxalq müqavilələrdən üstünlük verən qaydanın ləğvini müdafiə edir.
E.ŞİRİNOV