Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Britaniyanın müvəqqəti işlər vəkili Dani Dholakia səfər zamanı Rusiya Xarici İşlər Nazirliyinin binasının səhv qapısından girməyə cəhd edib.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, diplomat avtomobilindən düşəndə bağlı qapıya tərəf yönəlib. O, jurnalistlərə heç bir şərh verməyib.
Müvəqqəti işlər vəkili səhər saat 10:00 radələrində binaya gəlib. Xarici İşlər Nazirliyindən çıxarkən Britaniya siyasətindən narazılığını bildirən bir qrup gənc onu fitə basıb.
“RİA Novosti” xəbər verir ki, Dholakia avtomobilinə mindikdən sonra etirazçılar çıxışı bağlayaraq təxminən on dəqiqə ərzində onun getməsinə mane olublar.
E.ŞİRİNOV