Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Avqust 2026 / 11:05

Bu da 9 illik bazadan kolleclərə qəbulun nəticələri…

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Bu barədə  DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma

faizi

Azərbaycan bölməsi Rus

bölməsi

Bölmələr üzrə cəmi
Dövlət ödənişsiz 2499 2355 81 2436 97.48
Dövlət ödənişli 3481 3124 103 3227 92.70
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə) 230 201 29 230 100.00
Cəmi 6210 5680 213 5893 94.90

ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma

faizi

Azərbaycan bölməsi Rus

bölməsi

Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 5090 4951 139 5090 100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1120 729 74 803 71.70
Cəmi 6210 5680 213 5893 94.90

Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!