Əsas məzmuna keç

Bu ölkə G20 yekun sənədini dəstəkləməkdən imtina etdi

Argentina G20 yekun sənədini dəstəkləməkdən imtina etdi.

Tezadlar.az bildirir ki, ölkənin Xarici İşlər Nazirliyi bu barədə öz veb saytında məlumat verib.

“Argentina Yohannesburqda keçirilən G20 liderlərinin sammiti zamanı paylanan yekun sənədi dəstəkləməyib”, – bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, qərar G20-ni tənzimləyən konsensus qaydalarının pozulması, eləcə də geosiyasi məsələlərlə bağlı fikir ayrılıqları ilə əlaqədardır. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, “Bir neçə gün davam edən konstruktiv danışıqlardan sonra ölkəmiz bəyannamənin Argentina və digərləri də daxil olmaqla bütün forum üzvlərinin konsensusu olmadan təsdiqlənmiş hesab edilməsindən təəssüflənir”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…