23 Yanvar 2026 / 11:27

Bu ölkə “son anda” Sülh Şurasına qoşulmaqdan imtina edib

Belçika ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulmağa razılıq verib, lakin sonra “son anda” geri çəkilmək qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, NBC bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Ölkənin qəfil fikrinin dəyişməsinin səbəbi açıqlanmayıb.

Davos Forumunda artıq 19 ölkə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının nizamnaməsini imzalayıb. Amerika liderinin özü bunu “böyük miras” adlandırıb və yeni quruma şəxsən rəhbərlik edəcəyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!