Almaniya yeni qaçqınları qəbul etməyi dayandırmaq qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” (SZ) qəzeti Daxili İşlər naziri Aleksandr Dobrindtə istinadən məlumat yayıb.
“Almaniya Aİ üzv dövlətlərinə təzyiqi azaltmaq üçün nəzərdə tutulmuş yeni Avropa həmrəylik mexanizmi çərçivəsində əlavə sığınacaq axtaranları qəbul etməyəcək”, – məqalədə deyilir.
Bundan əlavə, yaxın gələcəkdə 21.000-ə qədər sığınacaq axtaran şəxsin Avropa İttifaqı daxilində yerləşdiriləcəyi dəqiqləşdirilir. Bu, qaçqınlarla ən çox yüklənən ölkələrin yükünü azaltmaq üçün planlaşdırılır.
Bundan əvvəl britaniyalı jurnalist Conni Miller bildirmişdi ki, Avropa tədricən Ukrayna qaçqınlarına münasibətini yenidən nəzərdən keçirir və bu proses artıq bir neçə ölkədə müşahidə olunur.
E.ŞİRİNOV

