12 Noyabr 2025 / 08:01

“Bütün Avropa Rusiyayla müharibəyə hazırlaşır…”- VUÇİÇ

Pokrovskidən geri çəkilməyə məcbur olan Rusiya qoşunları indi də Ukrayna ərazilərini uzaq məsafədən raket atəşinə tutmaqla məşğuldur. Bu arada Serbiya Prezidenti Aleksandar Vuçiç hesab edir ki, Avropa ölkələri Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlaşır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Vuçiç Pink TV telekanalına müsahibəsində bildirib. Sitat:  “Faktları təhlil etdikcə belə bir nəticəyə gəlirəm ki, Avropa ilə Rusiya arasında müharibə getdikcə daha real görünür. Bu, boş xəbər deyil, hamı buna hazırlaşır”.

Rusiyanın isə başı Ukrayna dronlarının zərbələr endirdiyi neftayırma zavodlarının söndürülməsinə qarışıb. Ölkənin siyasi rəhbərliyi isə müharibəni dayandırmağı məğlubiyyət kimi qəbul edir deyə, Ukraynanın kəndlərini və şəhərlərini necə gəldi raket atəşinə tutmaqdadır.

A.Məmmədıi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!