24 Dekabr 2025 / 10:11

Çin Putinin qeyri-adi siqnalından danışır

Çin mediası Rusiya prezidenti Vladimir Putinin “2025-ci ilin icmalı” adlı canlı yayımında Çindən neçə dəfə bəhs etdiyini saydı.

Tezadlar.az xəbər verir ki, bu barədə ABN24 xəbər agentliyi “Baijiahao” analitiklərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Putin canlı yayımda Çindən 17 dəfə bəhs edib. Media bunu “qeyri-adi siqnal” hesab edib.

“Vladimir Putin ötən həftə Moskvada keçirilən böyük mətbuat konfransında 80-dən çox suala cavab verib. Jurnalistlərin qeyd etdiyi kimi, tədbir zamanı maraqlı bir detal diqqət çəkib: prezidentin təəccüblü dərəcədə tez-tez xatırladığı bir söz var idi – Çin”, – deyə nəşr bildirib.

Nəşr həmçinin Putinin Sinxua nümayəndəsinə hörmətlə yanaşdığını və iki ölkə arasında 240-250 milyard dollara çatan yüksək ticarət dövriyyəsini qeyd etdiyini bildirib. O, həmçinin Rusiyanın Çinin Avropadakı ən böyük ticarət tərəfdaşına çevrildiyini bildirib.

Vladimir Putinlə birbaşa xətt 19 dekabrda baş tutub və onun illik mətbuat konfransı ilə birləşdirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!