Polis yenə müraciət edən ailələrin narahatlığına son qoyub.
Avqustun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında məlumat paylaşıb.
“Ailənizə demədən evi tərk etməyin, onları nigaran qoymayın. Bir telefon zəngi sizi itkin axtarışına düşməkdən, yaxınlarınızı isə günlərlə davam edən narahatlıqdan qoruya bilər. Getdiyiniz yeri bildirin, ailənizi nigaran qoymayın”, – deyə o vətəndaşlara müraciət edib.
Qeyd edək ki, hər gün necə-neçə şəxs ailəsinə, yaxınlarına xəbər vermədən evini tərk edir. Həmin şəxslərin taleyindən narahat olann yaxınları bununla əlaqədar DİN-ə zəng edir və onların tapılmasını istəyirlər. Bu isə təbii ki, polis əməkdaşlarının da əlavə vaxtını alır.







