Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Sentyabr 2021 / 10:42

DAHA BİR QRUP VƏZİFƏLİ ŞƏXS BARƏSİNDƏ CİNAYƏT İŞİ BAŞLANDI

 Ümumilikdə  259 min manat məbləğində ziyan vurulması müəyyən edilmişdir.

Yevlax rayonu Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı  ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmışdır. 

Yevlax Rayon Prokurorluğundan “TEZADLAR.AZ”a verilən məlumtda bildirilir ki, araşdırmalarla bələdiyyənin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınmış pul vəsaitlərindən 63 min manatın təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan məxaric silinməsi,  bələdiyyə tərəfindən müxtəlif hüquqi şəxslərə satılmış torpaq sahələrinə görə 109 min manatın bələdiyyənin hesabına köçürülməməsi, həmçinin bələdiyyənin büdcəsində olan külli miqdarda pul vəsaitinin müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilməsi nəticəsində ümumilikdə  259 min manat məbləğində ziyan vurulması müəyyən edilmişdir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!