Əsas məzmuna keç

Daha iki zəhər alverçisi saxlanılıb – Oğuzda (əməliyyat çəkilişi)

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev saxlanılıblar.
Tezadlar.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial media hesabında bildirib.
Araşdırmalarla onların narkokuryerlik fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib.
Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotiklər həyatları məhv edir. Bu zərərli vərdişlərdən uzaq dayanın. Şübhəli hallarla bağlı polisə məlumat verməkdən çəkinməyin.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…