23 Yanvar 2026 / 09:56

Danimarka-ABŞ danışıqları uğursuz oldu

Danimarka hakimiyyəti Vaşinqtonu Qrenlandiya üzərində daha sərt nəzarət qurmaq kimi uzunmüddətli məqsədindən imtina etməyə inandıra bilməyib, – Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.

Portala görə, Kopenhagen son həftələrdə ABŞ-dan ada üzərində daha sərt nəzarət qurmaq planlarından imtina etmək üçün qəti zəmanətlər almağa çalışır və Danimarkanın və adanın ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olacağını vurğulayır.

“Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək istəyindən imtina etməyə inandıra bilməyib”, – Rasmussen deyib.

Bir müddət əvvəl nazir ada ətrafındakı vəziyyəti müzakirə etmək üçün ABŞ ilə yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəldiyini açıqlamışdı.

Nazir vurğulayıb ki, Qrenlandiya hələlik və yaxın gələcəkdə Danimarkanın bir hissəsi olaraq qalacaq.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!