Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2026 / 23:48

Danışıqlar mürəkkəb, amma vacibdir

Ukrayna, ABŞ və Rusiyanın danışıq qrupları texniki səviyyədə atəşkəsin və ona riayət olunmasının monitorinqinin necə həyata keçiriləcəyini müəyyənləşdiriblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sədri Georgi Tixi bildirib.

“Qeyd edə bilərik ki, texniki səviyyədə atəşkəsin, onun monitorinqinin necə baş tutacağı ilə bağlı anlayış var. Həmçinin artıq aydındır ki, monitorinq dəqiq olaraq ABŞ-nin iştirakı ilə olacaq. Bu, bizim üçün çox vacib konstruktiv və müsbət məqamdır”, – o vurğulayıb.

Tixi əlavə edib ki, Ukrayna üçün humanitar məsələlər bloku, ilk növbədə əsir mübadiləsi olduqca vacibdir: “Ukrayna nümayəndə heyəti bu mövzunu qaldırıb və gələcəkdə də qaldıracaq. İnsanlarımızı qaytarmaq və sülhü yaxınlaşdırmaq üçün hər bir, hətta ən kiçik imkandan istifadə edəcəyik”.

Daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirmişdi ki, Cenevrədə üçtərəfli danışıqların növbəti raundu yaxın vaxtlarda baş tutacaq. Onun sözlərinə görə, bugünkü danışıqlar mürəkkəb, lakin vacib olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!