Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Daşkəsəndə güclü sel kənd yollarına və təsərrüfata ziyan vurub.
Tezadlar.az-ın verdiyi məlumata görə, təbiət hadisəsi nəticəsində Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan tələf olub.
Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda baş verib. Bundan başqa sözügedən və digər kəndlərin yollarından da sel keçib.
Bundan başqa sel Gəncə-Daşkəsən yoluna palçıq və çınqıl gətirib. Hazırda yolda aidiyyatı qurumlar tərəfindən iş aparılır, yolun təmizlənməsi həyata keçirilir.
Qeyd edək ki, gecə Gəncə şəhəri və ətraf rayonlara ciddi yağış yağıb, sel gəlib.