Ötən axşam Bakı vaxtı ilə gecə saatlarında futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb. ABŞ- ın Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib – 1:1. Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub. Portuqaliya millisində Kriştianu Ronaldu oyunun əvvəlindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 06:00-da Özbəkistan Kolumbiya ilə qarşılaşıb. Bu dəqiqələrdə oyun başa çatmış sayıla bilər: 2:1 Kolumbiynın xeyrinə!







