Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən axşam saatlarında (Bakı vaxtı ilə) 2026-cı il dünya çempionatında A qrupunun II turuna yekun vurulub. Tezadlar.az xəbər verir ki, turun son oyununda Meksika millisi Cənubi Koreya ilə qarşılaşıb. Görüş 19 iyun Bakı vaxtı ilə saat 05:00-da başlayıb.
Matçın taleyini bir qol həll edib. 50-ci dəqiqədə Luis Romo Meksikaya 3 xal qazandıran qolu vurub.
Xatırladaq ki, hər iki komanda ilk turda qələbə qazanıb. Meksika CAR-a 2:0, Cənubi Koreya isə Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, A qrupunun digər oyununda Çexiya və CAR 1:1 hesablı heç-heçə edib.
DÇ-2026
A qrupu, II tur
19 iyun
05:00. Meksika – Cənubi Koreya 1:0
Qol: L. Romo, 50
Meksika: Anxel Rangel, Xesus Sançes, Edson Alvares, Yohan Vaskes, Xesus Qalyardo, Luis Romo, Erik Lira, Marsel Rutyes, Roberto Alvarado, Raul Ximenez, Kinyones.
Cənubi Koreya: Kim Donq Hon, Li Te Sok, Kim Min Ce, Li Han Bom, Li Teq Hi, Paik Sın Ho, Hvan İn Bom, Yanq Hyon Con, Li Kan İn, Li Donq Kyon, Son Hın Min.