Əsas məzmuna keç

Dron hücumu nəticəsində Novorossiyskdəki neft anbarına ziyan dəyib

Novorossiyskdə dron hücumu nəticəsində “Şesxaris” yükləmə kompleksindəki neft anbarına və qurudakı qurğulara ziyan dəyib.

Tezadlar.az bildirir ki, bu barədə Krasnodar diyarı xüsusi təyinatlı qrupu məlumat verib.

“Kiyev rejiminin dron hücumu nəticəsində Novorossiyskdəki “Şesxaris” yükləmə kompleksindəki neft anbarına ziyan dəyib”, – bəyanatda deyilir. – “Dronlar həmçinin qurudakı qurğulara da ziyan vurub”.

Regional xüsusi təyinatlı qrupunun məlumatına görə, hadisə yerində təcili yardım və xüsusi xidmət orqanları işləyir. İlkin məlumata görə, heç kim xəsarət almayıb.

Dron hücumunun dəf edilməsi üçün səylər davam edir.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…