Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində yaralananların sayı 900-ə yaxınlaşıb.
Tezadlar.az-ın “Tolo news” portalına istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi ölkələri üzrə regional bürosunun direktoru Hanan Balxi bildirib.
“Ölkənin şimalında baş verən güclü zəlzələ azı 27 nəfərin həyatına son qoyub və 850-dən çox insanın yaralanmasına səbəb olub. Zəlzələdən zərər çəkmiş bəzi rayonlarda vəziyyət kritikdir. Xilasetmə komandaları yaralılara yardım göstərmək üçün işləyirlər”, – o qeyd edib.