Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Fevral 2026 / 05:22

Elon Mask ondan xoşbəxtlik haqqında soruşulduqdan sonra etiraf etdi ki…

Amerikalı sahibkar və SpaceX və Tesla şirkətlərinin qurucusu Elon Mask sosial media platforması X-də nadir hallarda xoşbəxt olduğunu yazıb

Onun paylaşımı istifadəçinin “Sizcə, Elon Mask bizdən daha xoşbəxtdir, yoxsa sadəcə daha səslidir?” sualına cavab idi.

Tezadlar.az xəbər verir ki, bu ayın əvvəlində iş adamı X-də pulla xoşbəxtlik ala bilməyəcəyini bildirən bir mesaj yayımladı. O, bunu özündən əvvəl deyənlərin haqlı olduğunu yazıb. Mask kədərli bir emoji əlavə edərək özünün də oxşar vəziyyətdə olduğuna işarə edib.

Post sahibkarın xalis sərvəti ilə bağlı müzakirələr fonunda ortaya çıxıb. O, tarixdə 800 milyard dollarlıq xalis sərvətə sahib olan ilk şəxs olub və bir gün ilk trilyoner ola bilər.

Əvvəllər Mask vergi ödənişlərinin o qədər böyük olduğunu və IRS kompüter sistemində nasazlıq yaratdığını bildirmişdi. Onun sözlərinə görə, agentlik məlumatları emal etmək üçün proqram təminatını yeniləməli idi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!