11 Fevral 2026 / 04:32

Ermənistan Rusiya ilə münasibətlərinə dəyər verir və ona qarşı hərəkət etməyəcək – Paşinyan

İrəvan Moskva ilə münasibətlərinə dəyər verir və öz maraqlarına zidd hərəkət etməyəcək.

Tezadlar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ictimai televiziyaya verdiyi müsahibədə bildirib.

“Tərəfdaşlarımıza bildiririk ki, Rusiyanın maraqlarına zərər vermək Ermənistanın gündəliyində olmayıb və olmayacaq. Heç kim bizi Rusiyaya qarşı hərəkət modelinə məcbur edə bilməz”, – deyə Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan Rusiya, onun prezidenti Vladimir Putin və Rusiyanın Baş naziri Mixail Mişustin ilə mövcud olan müttəfiqliyə dəyər verir.

Daha əvvəl, 2025-ci ilin dekabrında Ermənistan və Rusiyanın ikitərəfli iqtisadi əməkdaşlığı müzakirə etdikləri bildirilmişdi. İrəvan həmçinin Moskvadan Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yollarının bərpasına kömək etməsini xahiş edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!