Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar gecə saatlarında Bakıdan yola salınıb. Tezadlar.az xəbər verir ki, 560 ton taxıl yüklü 8 vaqon Ermənistana göndərilib.
Xatırlatma: indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib. Növbəti partiya yaxın vaxtlarda baş tutmalıdır.







