Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu – Gevork və Ambartsum Nersisyanları ev dustaqlığına buraxılıb.
Tezadlar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə ev dustaqlığı ilə əvəz olunub, həmçinin 1 milyon dram (təxminən 2,5 min dollar) məbləğində girov və yerə getməmək haqda iltizam təyin edilib.
Qeyd edək ki, Gevork Nersisyan və oğlu Ambartsum 2025-ci il noyabrın 3-də həbs ediliblər. Onlara seçkilərdə “Respublika” partiyasının seçkiqabağı təşviqatına mane olmaq ittihamı irəli sürülüb.