Ötən gün Suriyanın Cəblə şəhərində keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplarla toqquşmalarda Suriyanın yeni hökumətinin Dövlət Təhlükəsizlik İdarəsinin ən azı 13 əməkdaşı həlak olub. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, bu barədə “Suriya” telekanalı məlumat yayıb. Bildirilib ki, bir qrup Əsəd tərəfdarı Cəblə şəhərinin yaxınlığında Suriyanın yeni administrasiyasının Dövlət Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. Məlumata əsasən, Müdafiə naziri Murhef Əbu Qəsrə bütün hərbi birliklərin döyüş bölgələrinə getməsi barədə göstəriş verib. Tartus və Homsda isə komendant saatı elan edilib. Murhef Əbu Qəsrə bütün hərbi birliklərə döyüş bölgələrinə hərəkət etmələri, ümumi vəziyyəti nəzarət altına almaları və mülki vətəndaşlarla dövlət qurumlarını qorumaq barədə göstəriş verib. Döyüş bölgələrinə zirehli texnikanın da daxil olduğu əlavə qüvvələr göndərilib. Tərəflər arasında toqquşmaların hələ də davam etdiyi vurğulanır.
26 Aprel
- 19:02
- 16:46
- 16:27
- 11:49
- 11:21
- 11:07
- 10:58
- 10:25
- 10:17
- 10:05
- 10:00
- 09:57
- 23:52
- 23:41
- 22:45
- 22:05
- 21:54
- 21:50
- 21:47
- 21:47