Sosial şəbəkələrdə keçmiş deputat Etibar Əliyevin “Qarabağ”ın kapitanı Qurban Qurbanov haqqında sərt fikirləri və təhqiramiz ifadələri yer alıb. Sosial media istifadəçisi Xanım Qədirova sabiq deputata sərt cavab verib. Sitat: “…Etibar müəllim, özünüzü cəmiyyətə ədalətli tənqidçi kimi təqdim etməzdən əvvəl, sabiq deputat kimi kürsüdə keçirdiyiniz illərdə buraxdığınız ciddi nöqsanlara və unudulmuş vədlərinizə bir baxın. Dövlət mandatı daşıdığınız dövrdə xalqın etimadını doğrultmadığınız halda, bu gün illərdir öz halal zəhməti və peşəkarlığı ilə Azərbaycan futbolunu beynəlxalq arenada tanıdan Qurban Qurbanova hədəf seçməyiniz nə mədəniyyətə, nə də obyektiv tənqidə sığır.
Bəli, hər kəsin fəaliyyətində səhvlər və müzakirə olunmalı məqamlar ola bilər, konstruktiv tənqid də hər zaman qəbul olunandır. Lakin sizin statusunuzdakı şəxsin başqasının qazancını və şəxsi həyatını hesablaması, öz keçmişinizdəki tünd ləkələri ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Əgər doğrudan da ictimai maraqları düşünürsünüzsə, əvvəlcə öz deputatlıq dövrünüzün qaranlıq səhifələrinə və cəmiyyətə verə bilmədiyiniz hesablara aydınlıq gətirin…”.
Tezadlar.az xatırladır ki, E.Əliyev statusunda belə yazıb:








